Nurməhəmmədov - Geyci döyüşünün yeni tarixi açıqlandı

img

28-07-2020 [20:28]


Yüngül çəkidə Mütləq Döyüş Çempionatının (UFC) qalibi Həbib Nurməhəmmədovla müvəqqəti çempion Castin Geyci arasındakı görüş oktyabrın 24-də keçiriləcək. 

"Report"un məlumatına görə, bu barədə UFC prezidenti Deyna Uayt açıqlama verib. O bildirib ki, qarşılaşma, böyük ehtimalla, Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə UFC 254 turniri zamanı gerçəkləşəcək. 

Öncədən döyüşün sentyabrın 19-da UFC 253 turniri zamanı təşkili nəzərdə tutulmuşdu. Lakin görüş Həbib Nurməhəmmədovun atası Abdulmanap Nurməhəmmədovun ölümü ilə əlaqədar təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR