Bu obyektlərdə qaydalar pozulub - SİYAHI
28-07-2020 [18:18]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən iyulun 27-si Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 55 ictimai iaşə obyekti, 173 ərzaq satışı mağazası olmaqla ümumilikdə 228 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 75-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾ Bakı şəhəri üzrə:
“Grandmart”, “Ruzi”, “EF”, “Aqil”, “Maşallah”, “Nar” marketlər, Qədirov Qədir Möhlət oğluna, Sadıqov Sənan Rafiq oğluna, Əsədov Şahlar Məstan oğluna, Səfiyev Babək Əli oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
◾ Sumqayıt şəhərində “Okean”, “Bərzan”, “Həyat” marketlər, “Ucar təndir evi”
◾ Qusar rayonunda “Sevimli”, “Star” marketlər, “Edelveys”, “Xıdır”, “Diamond”, “İmperial” restoranları
◾ İsmayıllı rayonunda “Xəzri istirahət mərkəzi”, “Lahıc Forest”, “Palıdlı”, “Qızıldərə”, “Dağ şəlaləsi”, “Sərin” restoranları, Məhərrəmov Mehman Ramiz oğluna, Fətəliyev Əkbər Variz oğluna məxsus kafelər, “Bizim” market
◾ Göyçay rayonunda “Palma”, “Sərin məkan”, “Qoşa Qovaq”, “Yaşıl bağ” kafeləri
◾ Kürdəmir rayonunda “Aqil”, “Murad” və “Yeni” marketlər
◾ Neftçala rayonunda Abdullayev Səbuhi İslamm oğluna məxsus ərzaq mağazası
◾ Şirvan şəhərində Məlikov Mehman Ruslan oğluna məxsus ərzaq mağazası
◾ Salyan rayonunda Məmmədov Şahin Əmənqulu oğluna məxsus ərzaq mağazası
◾ Sabirabad rayonunda Əliyev Asəf Şamil oğluna və Muxtarov Rəfail Haman oğluna məxsus ərzaq mağazaları
◾ Mingəçevir şəhərində “Nicat”, “Xaldan”, “Hüseyn Arazlı”, “Bizim”, “Qarabağ”, “Fuad” marketlər və Fərzəliyev Yunis Usub oğluna məxsus ərzaq mağazaları
◾ Şəki rayonunda Əliyev Vahid Xaləddin oğluna məxsus ərzaq mağazası
◾ Zaqatala rayonunda Mahmudov Ramiz Məcid oğluna, Ramazanov Telman Məhəmməd oğluna məxsus ərzaq mağazaları
◾ Qəbələ rayonunda “Maral bulaq”, “Şəlaləaltı” kafeləri, “Şamo” market
◾ Qax rayonunda Xəlilov Araz Xəlil oğluna, Teymurov Məmməd İdris oğluna məxsus kafelər
◾ Cəlilabad rayonunda Cavadov Ramin Ağadadaş oğluna, Qasımov Zülfüqar Allahverdi oğluna, Babayev İlqar Zənulla oğluna, Əliyev Mirməhəmməd Mirəyyub oğluna məxsus ət satışı mağazaları
◾Samux rayonunda Sadıqov Mehman Məhərrəm oğluna, İmanov Rusif Yusif oğluna, Musayeva Afət Musa qızına, Axundov Elnur Eldəniz oğluna, Məhərrəmov Etibar İsa oğluna məxsus ərzaq mağazaları
◾ Tovuz rayonunda Mehdiyev Çoşqun Fərhad oğluna, Bağırov Arzu Nazim oğluna, Tağıyev Salman Vilayət oğluna, Hüseynov Sahib Əmir oğluna məxsus ət satışı mağazaları
◾ Şəmkir rayonunda “Fayton”, “Görüş”, “Çinar” kafeləri, Sadıqov Xıdır Əlaslan oğluna, Hacıyev Aqil Yasin oğluna məxsus ərzaq mağazaları və “Muxtar” market
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb