Xarici İşlər naziri İranın Azərbaycandakı səfirini diplomatik fəaliyyətinin başa çatması ilə bağlı qəbul edib - FOTO
27-07-2020 [18:49]
Xarici İşlər naziri Ceyhun Bayramov İran İslam Respublikasının Azərbaycandakı səfiri Cavad Cahangirzadəni diplomatik fəaliyyətinin başa çatması münasibətilə qəbul edib.
Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, diplomatik fəaliyyətinin son günlərində olan İran səfiri ilə görüşdən məmnunluq ifadə edən nazir Ceyhun Bayramov iki dövlət arasında dərin tarixi köklərə əsaslanan dostluq, qardaşlıq və əməkdaşlıq münasibətlərinin qarşılıqlı hörmət və dəstək formasında inkişafından razılıqla bəhs edib. Bu münasibətlərin inkişafına Ümummilli Lider Heydər Əliyevin töhfəsindən danışan nazir, hazırda hər iki dövlətin rəhbərləri səviyyəsində əməkdaşlıq münasibətlərinin inkişafına diqqətin göstərildiyini qeyd edib.
Nazir Ceyhun Bayramov, eyni zamanda regional və çoxtərəfli çərçivələrdə iki ölkə arasında münasibətlərin inkişafının və qarşılıqlı dəstəyin mövcud olduğunu bildirib. O, İranın Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində beynəlxalq hüquqa əsaslanan və Azərbaycanın ərazi bütövlüyünü birmənalı dəstəkləyən mövqeyini yüksək qiymətləndirib. Həmçinin 12 iyul tarixində Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələri tərəfindən törədilən hərbi təxribat hadisəsi ilə əlaqədar İran dövlətinin ədalətli mövqeyinin ifadə edilməsinə görə səfirə təşəkkür bildirilib.
Səfir Cavad Cahangirzadə nazir Ceyhun Bayramova Azərbaycan Respublikası Prezidentinin etimadının göstərilməsi münasibətilə təbrikini səsləndirərək, İran Xarici İşlər naziri Cavad Zərifin isti salamlarını Ceyhun Bayramovun diqqətinə çatdırıb.
Səfir Cavad Cahangirzadə diplomatik fəaliyyəti müddətində ona göstərilən dəstəyə görə təşəkkürünü bildirib.
Cavad Cahangirzadə səfir kimi çalışdığı müddətdə ikitərəfli münasibətlərin inkişafı üçün bütün imkanların səfərbər edildiyini bildirib, ondan sonra gələcək səfirin də bu münasibətlərin daha da inkişaf etdirilməsi üçün səylərini əsirgəməyəcəyindən əmin olduğunu vurğulayıb.
Səfir Cavad Cahangirzadə pandemiya ilə əlaqədar İranın çətin günlərində Azərbaycan tərəfinin ölkəsinə verdiyi dəstəyin unudulmayacağını qeyd edib.
İranın Azərbaycanın ərazi bütövlüyünü hər zaman dəstəklədiyi vurğulanıb, beynəlxalq sərhəddə baş vermiş son hadisələrlə bağlı İran tərəfindən İran Prezidenti Administrasiyasının rəhbəri Mahmud Vaezi başda olmaqla, Xarici İşlər nazirinin sözçüsü, İran parlamentinin deputatları səviyyəsində açıqlamaların verildiyi qeyd olunaraq, Azərbaycanın narahatlığının, həm də İranın narahatlığı olduğu dilə gətirilib.
Tərəflər arasında habelə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Nazir Ceyhun Bayramov səfir Cavad Cahangirzadəyə gələcək fəaliyyətində uğurlar arzulayıb.
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı