Ceyhun Bayramov Fələstin səfiri ilə müzakirə aparıb
27-07-2020 [18:24]
Xarici İşlər naziri Ceyhun Bayramov Fələstin Dövlətinin Azərbaycandakı səfiri Nasir Əbdülkərim Əbdürrəhmanı ölkəmizdəki diplomatik korpusun duayeni qismində qəbul edib.
Xarici İşlər Nazirliyindən Mia.az-a verilən məlumata görə, nazir Ceyhun Bayramov Azərbaycan və Fələstin Dövləti arasında həm ikitərəfli, həm də çoxtərəfli çərçivələrdə mövcud olan dostluq və əməkdaşlıq münasibətlərindən bəhs edib, bu əməkdaşlığın bundan sonra da inkişaf etdiriləcəyinə əminliyini ifadə edib.
İki tərəf arasında bugünədək həyata keçirilən qarşılıqlı səfərlərin bu münasibətlərin inkişafına töhfə verdiyi qeyd olunub. Hər iki tərəfin beynəlxalq müstəvidə nümayiş etdirdiyi qarşılıqlı dəstək Nazir tərəfindən vurğulanıb.
Səfir Nasir Əbdülkərim Əbdürrəhman səmimi qəbula görə təşəkkürünü ifadə edərək Fələstin Dövlətinin Xarici İşlər Nazirinin Ceyhun Bayramovun təyinatı münasibətilə təbrik etdiyini və Nazirə Azərbaycanın milli maraqlarının beynəlxalq müstəvidə təmin olunması naminə fəaliyyətində uğurlar arzuladığını qeyd edib.
Səfir Azərbaycandakı diplomatik korpusun fəaliyyətində Xarici İşlər Nazirliyinin hər zaman əməkdaşlıq və əlaqələndirmə nümayiş etdirdiyini məmnunluqla bildirib.
İkitərəfli münasibətlərə toxunan səfir, iki xalq arasında qardaşlıq bağları olduğunu, ölkələrimiz arasındakı əlaqələrin tarixi köklərə dayandığını qeyd edib.
O, Fələstinin Azərbaycanın ərazi bütövlüyünü qətiyyətlə dəstəklədiyini və BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilən qətnamələrin yerinə yetirilməsi mövqeyindən çıxış etdiyini bildirib. Həmçinin, Azərbaycanın ölkəsinə göstərdiyi dəstəyə görə təşəkkürünü ifadə edib.
Daha sonra Səfir, 12 iyul tarixində Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribatı nəticəsində həlak olmuş şəhidlərin ailələrinə başsağlığı verdi.
Öz növbəsində, Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin planlaşdırılmış şəkildə Azərbaycan-Ermənistan sərhədində törətdiyi növbəti hərbi təxribat və hazırda bölgədəki vəziyyət barədə həmsöhbətini məlumatlandırdı. Ermənistan tərəfinin bu təxribatla heç bir məqsədinə nail olmadığını, əksinə özünün təcavüzkar mahiyyətini bir daha nümayiş etdirdiyini və beynəlxalq ictimaiyyətin qəti mövqeyi ilə növbəti dəfə üzləşdiyi vurğuladı. Bölgədəki gərginliyin kökündə məhz Ermənistan Respublikasının təcavüzkar siyasəti olduğunu qeyd edən Nazir, Ermənistan-Azərbaycan münaqişəsinin nəticələrinin aradan qaldırılmasının zəruriliyini və münaqişənin tənzimlənməsi üzrə aparılan danışıqların da məhz bu məqsədə qulluq etməli olduğunu bildirdi. Azərbaycanın mahiyyət üzrə aparılan və nəticəyə yönəlik danışıqları tələb etdiyini və danışıqlarda sadəcə danışıq aparılması naminə iştirak edilmədiyi nazir Ceyhun Bayramov tərəfindən vurğulandı.
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"