Jurnalistə maşından iki dəfə atəş açılıb

img

27-07-2020 [12:05]


Yunanıstanda naməlum şəxslər yerli “Makeleio” qəzetinin əməkdaşı Stefanos Xiosya qarşı sui-qəsd törədiblər. 

TASS xəbər verir ki, bu barədə Yunanıstanın ERT dövlət telekanlı məlumat yayıb.

Hadisə jurnalistin Afinada yaşadığı evin yaxınlığında baş verib. Maskalı iki şəxs avtomobilin pəncərəsindən S.Xiosa iki dəfə atəş açıblar.

Güllələrdən biri onun boğazına, digəri isə döş qəfəsinə dəyib. Həkimlər bildiriblər ki, jurnalistin döş qəfəsinə dəyən güllə onun ürəyinin yanından keçib.

Cinayətkarlar hadisə yerindən qaçaraq gizləniblər.

Faktla bağlı araşdırma aparılır/Report. 


Digər xəbərlər
SON XƏBƏRLƏR