"KONTAKT HOME" narazılıq yaratdı - Mətbuat katibi yazdı, izləyicilər "topa tutdu": "Çox məsuliyyətsiz şirkətdir"

img

26-07-2020 [19:07]


"2 gün əvvəl "KONTAKT HOME-dən hədiyyə sifariş etmişdim ki, qızımın doğum gününə kimi Bakı ərazisində gətirib çıxartsınlar. Deyəsən, bu şirkətin bacarığı yalnız səs-küylü reklamlarla qulaq ağrıdıb, göz yormaqdan ibarətdir. Nə telefonlarına zəng çatır, nə də saytdakı nömrələri cavab verir".

Mia.az xəbər verir ki, bunu mətbuat katibi Elnur Kələntərov sosial şəbəkədəki səhifəsində yazıb.

O bildirib ki, uşağın ümüd dolu baxışlarını görəndə, “Kontakt Home” ürəyinin ən dərin güşəsində saxladığı arzularını yazıb, izləyicilərinə başağrısı vermək istəmir: "Amma gələcəkdə siz də “kontakt home”dən onlayn sifariş vermək istəsəniz, əvvəlcə ibrətamiz sözlərimi yada salmağınızı istərdim. Ya da azı 7 gün əvvəldən sifariş edin".

Mətbuat katibinin bu etirazına xeyli dəstək şərhi gəlib.

Məsələn, jurnalist İltifat Hacıxanoğlu yazıb ki, "Kontakt home" bir qəpiklik servis göstərmir: "Onlayn sifariş verdim, 4 gün sonra gətirdilər və dediler ki 4 günə də gəlib qurasdiracaqlar, mən də geri qaytardim".

Jurnalist bildirib ki, o, adıçəkilən şirkətdən telefon da alıb: "Lakin "zavodskoy defekt"ə görə zəmanəti ləğv edib, təmirə telefonun yarı qiymətinə pul istədilər. Mən də başqa yerdə 30 manata təmir etdirdim, zəmanəti gözlərinə girsin".

Rüfət Abdullayev adlı sosial şəbəkə istifadəçisi isə yazıb ki, o, bu gün sifariş verib: "Bir bir neçə saat ərzində çatdırdılar ünvana. Siz mesaj bölümünə yazasınız, bəlkə cavab verirlər orda. Amma telefon nömrəsinə zəng etmək olmur".

Nisa Mütəllimova adlı izləyici də Elnur Kələntəovun qarşılaşdığı oxşar problemlə üzləşdiklərini yazıb: "Bizim də başımıza gəlib. Çox məsuliyyətsiz şirkətdir"

Fazil Fazilbəyli də "O şirkət yalandan gurulduyur, yağmaları yoxdu", - yazıb.

Elşad Mətləboglu isə "Kontakt Home"ni 4 ilə əvvəl boykot etdiyini bildirib.

Bütün bu iradlara isə şirkətin sözçüsü Vafa Rustamova belə cavab verib: 

"Elnur bəy, bir daha salam. Ailəniz üçün bu cür önəmli günə heç cür xələl yetirmək istəmərik. Sifarişiniz artıq sürücüdədir və bu gün, qısa zamanda sizə çatacaq.

Sizinlə telefon zəngində məsələni aydınlaşdırdıq.

Yenə də məsələni izləyiciləriniz üçün də aydınlaşdırmaq istərdim. Kontakt.az saytında sifariş 2 mərhələdə tamamlanır: sayt sifarişi və online şöbənin zəngi (sifarişin rəsmiləşdirilməsi yalnız online şöbənin zəngindən sonra yekunlaşır)

Saytdan sifarişiniz dünən, saat 13:08-də həyata keçirilib.

Online şöbənin zəngi ilə 19:06-da sifarişiniz rəsmiləşib. 

Qeyd edək ki, kontakt.az saytında saat 11:00-dan sonra həyata keçirilən sifarişlər üzrə çatdırılma növbəti gün ərzində baş verir. Dolayısıyla bağlamanız hər bir halda ünvanınıza bu gün çatdırılacaqdı.
Bir daha qızınızın doğum gününü təbrik edirik. Ümid edirəm, anlaşılmazlığa rəğmən, müştərimiz olmağa davam edəcəksiniz".

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR