FHN-nin əməkdaşı deputatın silahdaşına hücum edib - İlham Musayevə niyə xəsarət yetirilib? + FOTO
26-07-2020 [12:53]
Deputat Razi Nurullayevin rəhbərlik Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Qazax şöbəsinin sədri Musayev İlham Səməndər oğlu 25 iyul, gecə 00:30 radələrində Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinin əməkdaşı Musayev Sədi Mail oğlu tərəfindən zorakılığa məruz qalıb.
Partiyanın mətbuat xidmətindən verilən məlumata görə hadisə nəticəsində İlham Musayev başından ağır zədə alıb, xeyli qan itirib:
“Musayev Sədi yanında bir neçə nəfərlə Musayev İlhama yaxınlaşaraq öncə onu hədələyib, sonra gözlənilmədən başına zərbə endirib. Hadisə polisin gözü önündə baş verib. Zərərçəkəni xəstəxanaya məhz polis əməkdaşları aparıblar. İlkin gərəkli tibbi yardımdan sonra zərərçəkənin polis idarəsinə aparılaraq izahatı alınıb. Hadisəni törədən FHN-nin əməkdaşı Musayev Sədi isə polisə tabe olmayaraq öz avtomobili ilə hadisə yerini tərk edib”.
Məlumatda bildirilib ki, bu hadisəyə zərərçəkənin ictimai aktivliyi səbəb ola bilər: “İlham Musayev çox vətənpərvər, cəsur, mərd, mübariz, daim haqqın yanında olan, ədalətli insandır. Hər zaman yaşadığı ərazidə baş verən çatışmazlıqları, məmur özbaşınalıqlarını, vətəndaşların qayğılarını ictimailəşdirib. Görünür, bu, kimlərisə narahat edir”.
Partiyanın mətbuat xidmətinin rəhbəri Vüsal Qarayev məsələnin qanun çərçivəsində, ədalətli həll olunacağına inandığını bildirib: “İnanırıq ki, bu utanc verici hadisə aidiyatı qurumlar tərəfindən operativ və obyektiv araşdırılacaq, haqq yerini tapacaq, günahkar layiqli cəzasını alacaq. Belə hadisələr birlik-bərabərliyə özəlliklə ehtiyacımız olduğu bu günlərdə tutduğu vəzifəyə, o vəzifəni etibar edən dövlətə, vicdanla xidmət etməyə borclu olduğu vətəndaşa xəyanətdir. Belə hadisələr, belə özbaşınalıqlar, belə məmur zorbalıqları vətəndaşı hökumətdən, dövlətdən incik salmağa, daxili sabitliyi, birlik-bərabərliyi pozmağa xidmət edir. Buna yol vermək olmaz”.
Sədi Musayevin də mövqeyini dərc etməyə hazırıq/Pia.az
Trampdan İran prezidentinin üzrünə reaksiya: "Minilliklər ərzində ilk dəfədir ki, İran Yaxın Şərq ölkələrinə uduzur"
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur