Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yayıb
24-07-2020 [17:26]
Diasporla İş üzrə Dövlət Komitəsi bəyanat yayıb.
Mia.az Komitəyə istinadla həmin bəyanatı təqdim edir:
"Dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycan Ermənistan sərhəddinin Tovuz istiqamətində törədilən erməni təxribatlarına etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başlayıb. Sevindirici haldır ki, soydaşlarımız güclü birlik nümayiş etdirərək dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan Azərbaycan torpaqlarının işğaldan azad edilməsi və Ermənistanın işğalçılıq siyasətinə son qoyulmasını tələb edir.
Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından soydaşlarımızın beynəlxalq aləmdə, kütləvi, sivil, icazəli aksiyalara başlaması, cəbhədə olduğu kimi, dünyada da erməniləri ciddi təşvişə salıb. Ermənistanın uzun illərdir dünya dövlətlərini aldatması soydaşlarımızın birliyi sayəsində ifşa edilir, əsl həqiqətlər real faktlar əsasında dünyaya bəyan olunur.
Soydaşlarımız Ermənistanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin rəsmi dairələrinə onlarla müraciət ünvanlayıb, ümumilikdə 25 ölkədə yaşayan azərbaycanlılar 84 bəyanatla çıxış ediblər.
Məhz soydaşlarımızın fəallığı nəticəsində 24 ölkədə 18 dildə 94 məqalə və xəbər çap edilib, sosial şəbəkələrdə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşılıb. Ümumilikdə 26 ölkədə 20000-dən çox soydaşımızın iştirak etdiyi 58 aksiya keçirilib".
Bəyanatda daha sonra vurğulanır ki, dünya dövlətlərində səsləndirilən “Qarabağ Azərbaycandır!”, “Qarabağ bizimdir, bizim olacaq!”, “Ermənistanın işğalçı siyasətinə son qoyulsun” şüarlarından, yalanlarının ifşa olunmasından hiddətlənən ermənilər öz məkrli niyyətlərini beynəlxalq aləmdə də davam etdirməyə cəhd göstərirlər: "Ermənilər Azərbaycanın müxtəlif ölkələrdə fəaliyyət göstərən diplomatik nümayəndəliklərinin qarşısında icazəsiz aksiyalar təşkil edir, azərbaycanlıların təşkil etdiyi icazəli aksiyalarda təxribatlar törətməyə çalışırlar. Təəssüf ki, bəzən erməni barbarlığı soydaşlarımızın xəsarət almasına, şəxsi əmlaklarına zərər dəyməsinə, diplomatik nümayəndəliklərə maddi ziyan vurulmasına gətirib çıxarır, bunun da adekvat cavabı verilməkdədir.
Bildiririk ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin tapşırıqlarına əsasən soydaşlarımızla mütəmadi əlaqə saxlanılır, onların pozulmuş hüquqlarının yaşadıqları ölkələrin qanunları çərçivəsində və beynəlxalq hüquq normaları əsasında bərpası, eləcə də dəymiş maddi və digər zərərin aradan qaldırılmas üçün bütün mümkün addımlar atılır.
Soydaşlarımızı ayıq-sayıq olmağa çağırırıq və onlara haqq işində bütün dəstəyi göstərməyə hazır olduğumuzu bildiririk.
Diasporla İş üzrə Dövlət Komitəsi erməni yalanlarının ifşası, Ermənistanın işğalçı siyasətinin, törədilən təxribatların dünya birliynə, beynəlxalq ictimaiyyətə çatdırılması yolunda göstərdiyi mütəşəkkilliyə görə xaricdə yaşayan soydaşlarımıza dərin təşəkkürünü bildirir.
Xaricdə yaşayan azərbaycanlılar Azərbaycan torpaqlarının işğaldan azad edilməsi, erməni təxribatlarına son qoyulması üçün yaşadıqları ölkələrin qanunları çərçivəsində icazəli aksiyaları davam etdirmək niyyətindədir və daha 14 ölkədə də aksiyaların keçirilməsinə icazə alınması üçün müraciət olunub.
Bununla yanaşı, soydaşlarımız hüquqi müstəvidə mübarizəni davam etdirməli, beynəlxalq təşkilatlara ünvanlanan bəyanatların, müraciətlərin sayı daha da artırılmalıdır. Biz öz sözümüzü dünya mediasında deməli, Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi təxribatları, işğal faktlarını dolğun, dəqiq məlumatlarla çatdırmalıyıq.
Biz dünya azərbaycanlılarının hər bir istiqamət üzrə haqq səslərini qaldırmalarını başa düşür, ermənilərin təxribatçı hərəkətlərini, vəhşiliklərini ifşa edərək yaşadıqları ölkələrdə hüquqi müstəviyə daşımalarını məqsədəuyğun sayır və soydaşlarımızı erməni təxribatlarına uymamağa çağırırıq".
"Azəriqaz" 10 il əvvəl ölən şəxsə 3444 manat cərimə yazıb - Məhkəmə anormal aktı ləğv edib
Qadın Liderləri Zirvəsi ictimaiyyətə çağırışlar etdi - FOTOLAR
İRAN PREZİDENTİ QONŞU ÖLKƏLƏRDƏN ÜZR İSTƏDİ: "Qərar verildi ki..."
TƏHSİL: BİR ÖRNƏK, BİR NÜMUNƏ... - FOTOLAR
Sabahın hava proqnozu açıqlandı
ABŞ yeni silah istehsalını dört qat artırır - Tramp şirkət rəhbərlərini topladı, tapşırıq verildi
Afət Fərmanqızı axtarışa verildi: "Di gedin dincəlin"
Bakıda ata və oğlu dəm qazından ölüb
Samuxda oğul anasını bıçaqlayıb
Ceyhun Bayramov Türkiyəyə gedib
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Azərbaycan İrandan bütün diplomatik heyətini çıxarır (YENİLƏNİB)
"Belə pozuculuq fəaliyyəti hüquqi məsuliyyət yaradır" - MEDİA-dan daha bir xəbərdarlıq
"Sabah"ın baş məşqçisi Mia.az-a danışdı: "Bütün sualların cavabını bilsəydim...." - VİDEO
DTX-dən ŞOK ƏMƏLİYYAT: İranın Azərbaycanda planladığı amansız hadisələrin qarşısı alınıb, həbslər var - ƏMƏLİYYAT ÇƏKİLİŞİ
Ramazanın 17-ci gününün duası: imsak və iftar vaxtı
Rusiya və Ukrayna daha 600 əsir dəyişdi
Kreml: "Finlandiya öz ərazisinə nüvə silahı yerləşdirməyə can atmaqla bizi təhdid edir"
Milli Məclis Bəyanat yaydı
"Yalnız mədəniyyət" adlı musiqili tamaşa nümayiş olunub - FOTOLAR
MEDİA: "İran sərhədində hərbi texnikaların yerləşdirilməsi ilə bağlı paylaşımlar dezinformasiyadır"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 4 günlük məzənnəni açıqladı
Belarusun xarici işlər naziri Ceyhun Bayramova zəng edib
Türkiyə Kuboku: format dəyişdi
Volkan Dəmirəl 3 ay əvvəl istefa verdiyi kluba geri dönür
Mehdiyevlərin bankı bağlanır - BOKT-yə çevrilir
“Çovdar nekropolu” kitabı ictimaiyyətə təqdim edilib
Naxçıvanda buraxılış imtahanının vaxtı dəyişib - DİM açıqladı
Baş nazir Əli Əsədov yeni əmr imzalayıb
"Ulduz"lu görüşlər"in qonağı Xalq yazıçısı Anar olub - FOTOLAR
Xocalının iki kəndinə növbəti köç olub
AFFA "Neftçi"ni cərimələyib
ABŞ-ın daha bir qırıcısı vuruldu - FOTOLAR
FİFA azərbaycanlı klub rəhbərini cəzalandırdı - Rusiyanın tələbi ilə
Pezeşkian İlham Əliyevə niyə zəng etmədi?
Təl-Əvivdə partlayış sadası var - İtki yoxdur
Ceyhun Bayramov: "İrandan cavab gözləyirik"