Ermənilərin xəsarət yetirdiyi jurnalistlə bağlı beynəlxalq media təşkilatlarına müraciət göndəriildi
24-07-2020 [17:14]
Azərbaycan Mətbuat Şurası (MŞ) Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandıran Real Təhlil və İnformasiya Mərkəzinin (“Real TV”) Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının ağır xəsarət alması ilə bağlı Beynəlxalq Jurnalistlər Federasiyasına və Beynəlxalq Mətbuat İnstitutuna müraciət ünvanlayıb.
Mia.az MŞ-na istinadla bildirir ki, müraciətdə 12 iyul 2020-ci il tarixdən başlayaraq, Ermənistan hərbi birləşmələrinin Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu ərazisindən Azərbaycana hücumu, bunun nəticəsində yaranmış müharibə şəraitinin Azərbaycanda olduğu kimi, ölkəmizin hüdudlarından kənarda yaşayan həmvətənlərimizdə də ciddi narazılığa səbəb olduğu qeyd olunub:
“Onlar öz etirazlarını dinc nümayiş və mitinqlərlə bildiriblər. Həmvətənlərimizin bu təşəbbüsləri erməni lobbi və diaspor təşkilatlarının təmsilçilərinin zorakılıq və vandalizm aktları ilə qarşılanıb. Beləcə dünyada qərarlaşmış birgəyaşam, tolerantlıq mühitinə ciddi zərər vurulub, mənəvi dəyərlər təhdid edilib.
Həm bu kimi halların, həm də azərbaycanlıların məlum etiraz aksiyalarının işıqlandırılmasında ölkəmizin media vasitələri yaxından iştirak edir, özlərinin peşə borclarını yerinə yetirirlər. Təəssüf ki, zorakılığa və qəddarlığa yol verən erməni lobbi və diaspor təşkilatlarının nümayəndələri həmin media vasitələrinin əməkdaşlarına qarşı da eyni xoşagəlməz hərəkətləri reallaşdırmaqdan çəkinmirlər”.
MŞ konkret olaraq “Real TV”-nin Avropa bürosunun təmsilçisi Xatirə Sərdarqızının üzləşdiyi duruma diqqət çəkməyi vacib və zəruri sayır: “X. Sərdarqızı Azərbaycanın Belçikadakı Səfirliyinin ərazisində dinc aksiyaya toplaşan azərbaycanlıların daşa basılmasını işıqlandırarkən ağır xəsarət alıb. Beləliklə onun jurnalistlik fəaliyyətinə maneə törədilib. Avropanın və dünyanın insan haqları və demokratiya mərkəzi sayılan Belçikada, onun paytaxtı Brüsseldə media təmsilçisinə qarşı zorakılığın həyata keçirilməsi bütövlükdə söz və ifadə azadlığına münasibətdə açıq həqarətdir. Daha acınacaqlı hal isə cinayət olduğu şübhə doğurmayan bu faktın layiqli hüquqi qiymətinin almaması, günahkarların məsuliyyətə cəlb olunmamasıdır. Azərbaycan Mətbuat Şurası oxşar halların gələcəkdə yaşanmaması, demokratiyanın və aşkarlığın təminatında və qorunmasında mühüm ictimai institut olan medianın fəaliyyətinə basqının cəzasız qalmaması üçün Sizə, bütövlükdə Avropanın mütərəqqi media ictimaiyyətinə müraciət edir. Bir daha diqqətinizi baş vermiş hadisəyə çəkərək bəyan edirik ki, Xatirə Sərdarqızına qarşı törədilmiş zorakılıq və terror azad media dəyərlərinə münasibətdə saymazlıqdır, plüralizmə açıq meydan oxumaq cəhdidir. Əminik ki, bu cür cəhdlərin gələcəkdə daha hansı xoşagəlməz durumlara gətirib çıxaracağını düşünəcəksiniz. Sıralarında Azərbaycanın aparıcı media vasitələrini, jurnalist təşkilatlarını birləşdirən Azərbaycan Mətbuat Şurası Sizi duruma barışmaz yanaşmağa, söz və ifadə azadlığının toxunulmazlığı baxımından qətiyyətli və prinsipial mövqe nümayişinə çağırır”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb