"Rusiya sizə çörək verir..." - Səfirin azərbaycanlı gənclərə müraciətinə rəsmi reaksiya + VİDEO 

img

24-07-2020 [16:35]


"Cari ilin 15 iyul tarixində Rusiyada yaşayan bir qrup soydaşımız Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan-Ermənistan sərhədində Tovuz rayonu istiqamətində törədilmiş hərbi təcavüzlə bağlı Azərbaycan dövlətinə və ordusuna öz dəstəyini bildirmək məqsədi ilə Səfirliyin binasının önünə gəliblər".

Mia.az APA-ya istinadla xəbər verir ki, bu, Polad Bülbüloğlunun böyük müzakirəyə səbəb olan çıxışına Azərbaycanın Rusiyadakı Səfirliyindən verilən şərhdə deyilib.

Qeyd olunub ki, həmin vaxt səfir Polad Bülbüloğlu onlarla görüşüb.

“Bu barədə kütləvi informasiya vasitələrinə geniş məlumat da verilib. Lakin çox təəssüflə qeyd etmək istəyirik ki, Səfirliyin sözügedən məlumatını təkrar yayan bəzi saytlar Polad Bülbüloğlunun həmvətənlərimizlə görüşündə söylədiyi fikirləri kontekstdən çıxardaraq təxribata əl atıb və bu fikirlərin sanki 24 iyul tarixində səsləndirildiyi barədə yanlış xəbər veriblər.  

Bildiririk ki, bu gün Səfirliyin qarşısında heç bir toplaşma olmayıb. Hesab edirik ki, bu ağır və birlik nümayiş etdirməli olduğumuz günlərdə belə provokasiya yönlü məlumat yayanlar Səfirliyin onsuz da gərgin işinə maneçilik törədirlər”.

***

Azərbaycanın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Polad Bülbüloğlu səfirliyin qarşısına toplaşan həmyerlilərimizin önündə çıxış edib. 

səfir bildirib ki, hazırda vəziyyət mürəkkəbdir:

“Heç vaxt yaddan çıxarmaq lazım deyil ki, Rusiyada yaşayırsınız və əksəriyyətiniz də Rusiya vətəndaşısınız. Bu ölkə sizə çörək verir. Təbii ki, müəyyən qüvvələr var ki, bunu heç kimdən gizlətmək olmaz. Əksəriyyətiniz gəncsiniz, oxumuş adamlarsınız, sizdən gizlətmək istəmirəm,  vəziyyət mürəkkəbdir. Bu qüdrətli ölkə ilə biz həmişə dost olmalıyıq.

İnanıram ki, bu məsələlər öz həllini tapacaq. Bu zamanda da Ermənistan silahlanıb. Orda da onları dəstəkləyən müəyyən qüvvələr var”.

Unikal.org

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR