Azərbaycanlı gənclər ABŞ senatoruna qarşı etiraz akiyası keçirib - Açıqlama + FOTO
24-07-2020 [14:14]
Massaçusets ştatının paytaxtı Boston şəhərində azərbaycanlı gənclər Ermənistanın son hərbi təxribatları ilə bağlı ədalətsiz və ermənipərəst mövqe sərgiləyən ABŞ senatoru Edvard Con Markiyə (Edvard John Markey) qarşı etiraz akiyası keçirib.
Diasporla İş üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, konqresin binası qarşısında gerçəkləşdirilən aksiyada gənclərimiz amerikalı senatora Azərbaycanın Tovuz istiqamətindəki dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin xaincəsinə hərbi təxribatlar törətdiyini, artilleriya zərbələri nəticəsində sərhədyanı hərbi obyektlərin və yaşayış məntəqələrinin dağıdıldığını, hərbçilərimizin və dinc sakinlərin həlak olduğunu xatırladıblar.
Onlar müstəqil Azərbaycan dövlətinin vassal və işğalçı Ermənistanın hücumuna məruz qaldığını nəzərə çatdıraraq, 2013-cü ildən Massaçusets ştatından ABŞ senatoru olan Edvard Con Markinin mövqeyini ədalətsiz və haqsız adlandırıblar.
Aksiyaçılar senatora Bostonda yaşayan 30 min erməninin haqq və ədalətə söykənməyən, beynəlxalq hüquq və normalara zidd olan istəyinə görə deyil, tarixi faktları araşdırıb ədalətli mövqe nümayiş etdirməyə dəvət ediblər: "Biz Amerika demokratiyasına inanırıq və Sizdən ədalətli mövqe gözləyirik".
Aksiya iştirakçıları Ermənistan silahlı qüvvələrinin Azərbaycan əzəli torpaqları olan Dağlıq Qarabağ bölgəsini və ona bitişik 7 rayonu işğal etdiyini, BMT və digər nüfuzlu beynəxalq təşkilatların qətnamələrinə və qərarlarına məhəl qoymadan beynəlxalq hüquq normalarını və bəşəri dəyərləri kobudcasına pozaraq, Azərbaycanın işğal olunmuş torpaqlarını uzun illərdir tərk etmədiyini yada salıblar. Onlar ABŞ Konqresindən, dünya birliyindən və beynəlxalq təşkilatlardan Ermənistanın işğalçı siyasətinə son qoyulması, bu təcavüzkar dövlətin ən sərt şəkildə cəzalandırılması, Azərbaycan torpaqlarının işğaldan azad olunması və ərazi bütövlüyünün bərpa olunması üçün qətiyyətli addımlar atmağı tələb ediblər. Tədbir "Azərbaycana ədalət!", "Qarabağ Azərbaycandır!", "Qarabağ bizimdir, bizim olacaq!", "Ermənistanın işğalçı siyasətinə son qoyulsun!" süarlarının səsləndirilməsi ilə insidentsiz başa çatıb.
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO