"Yüksək etimadınıza layiq olmağa həmişə çalışacağam!" - Mirşahin Prezidentə təşəkkür etdi
23-07-2020 [20:28]
Real TV-nin rəhbəri, tanınmış telejurnalist Mir Şahin Ağayev dünən 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsilə əlaqədar Prezident İlham Əliyevə təşəkkür edib.
Mia.az onun məktubunu təqdim edir:
“Möhtərəm cənab Prezident!
Azərbaycan Dövlətinə xidmət etmək kimi adi fəaliyyətimi 22 iyul 2020-ci ildə Siz ali əhəmiyyətli etdiniz. Adi bir jurnalisti-məni dövlətin ən yüksək mükafatlarından biri, 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif etməklə, sadə peşə borcumu yerinə yetirməyimə, təvazökar fəaliyyətimə xüsusi təyinat, özəl dəyər verdiniz.
Möhtərəm cənab Prezident!
Mən bu mükafatın üzərimə qoyduğu böyük məsuliyyəti dərindən dərk edirəm. Ulu Öndər Heydər Əliyevin qurub yaratdığı, Sizin formalaşdıraraq müasir dünyanın aparıcı dövlətlərindən birinə çevirdiyiniz Azərbaycana xidmət etmək şərəfinin nə qədər qürurverici hiss, daxili məmnunluq gətirdiyi duyğu olduğunu izah etməyə söz tapmıram. Yüksək Etimadınıza layiq olmaq, Dövlətə və Xalqa daha çox, daha böyük enerji və səmimiyyətlə xidmət etmək-bu, mənim bundan sonrakı fəaliyyətimin də ana xətti olacaq!
Cənab Prezident!
Mənə etimad göstərərək layiq bildiyiniz mükafata görə Sizə hədsiz minnətdaram. Var gücümlə çalışacağam ki, ideologiya cəbhəsində də, informasiya meydanında da ədalətli müharibə aparan bir dövlətin Ali Baş Komandanının-Sizin tələblərinizə cavab verim, xalqımızın dünyanın istənilən nöqtəsindən etibarlı xəbərə olan tələbatının ödənməsini təşkil və təmin etmək işində ən yaxından iştirak edim.
Bir daha təşəkkür edirəm, cənab Prezident! Yüksək etimadınıza layiq olmağa həmişə çalışacağam!"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"