Rəsmi Moskvadan Qarabağla bağlı daha bir açıqlama: "Vəziyyətlə bağlı BMT-də məsləhətləşmələr keçiriləcək"

img

23-07-2020 [19:06]


“Atəşkəs rejiminin pozulması halları azalıb, lakin gərginlik hələ də qalır. Eskalasiyanın qarşısını bundan sonra da almaq üçün biz ATƏT-in Minsk Qrupu çərçivəsində ölkə kimi konkret addımlar atırıq. Biz həm həmsədr, həm də sərbəst ölkə kimi iş görürük”.

Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə bildirib.

"Ötən həftə münaqişə zonasındakı vəziyyətə Minsk Qrupunun iclasında, daha sonra ATƏT-in Daimi Şurasının iclasında təşkilatın bütün ölkələrin iştirakı ilə baxılıb. Həmsədrlər tərəflərlə daim təmasdadır. Vəziyyətlə bağlı BMT Baş Katibliyində məsləhətləşmələr keçiriləcək", - deyə Rusiya XİN rəsmisi “ATƏT-in Minsk Qrupunun geniş tərkibdə bütün üzv ölkələrin iştirakı ilə sammitinin keçirilməsi təşəbbüsünə necə baxırsınız” sualına cavabında bildirib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub