Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub

img

23-07-2020 [16:24]


Yaponiyanın paytaxtı Tokioda keçiriləcək Yay Olimpiya Oyunlarında futbol yarışlarının vaxtı bəlli olub. 

"Report" FIFA-nın rəsmi "Twitter" səhifəsinə istinadən xəbər verir ki, kişilərin yarışı 2021-ci il 22 iyul - 7 avqustda gerçəkləşəcək. 

Qadınların analoji turniri isə gələn il 21 iyul - 6 avqustda olacaq. 

Qeyd edək ki, "Tokio-2020" koronavirus pandemiyası səbəbindən 2021-ci il 23 iyul - 8 avqusta təxirə salınıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR