Gürcüstanda qətl törədən 45 yaşlı azərbaycanlı qadın həbs olunub

img

22-07-2020 [16:52]


Gürcüstanın Kutaisi şəhərində 30 yaşlı Eliso Çeçelaşvilinin qətli ilə bağlı saxlanılan 45 yaşlı Bikə Qasımova iki ay müddətinə həbs olunub.

“Report”un Gürcüstan bürosu xəbər verir ki, bu barədə məhkəmə qərar verib.

B.Qasımova məhkəmədə danışmaqdan imtina edib. Vəkil müdafiə etdiyi şəxsin psixatrik ekspertizadan keçirilməsini tələb etməyə hazırlaşır. 

Qeyd edək ki, E.Çeçelaşvilinin meyiti iyulun 18-də yaşadığı mənzildə aşkar olunub. İstintaqla müəyyən olunub ku, həmin gün B.Qasımova E.Çeçelaşvilinin evində qonaq olub. 

O, mübahisə zamanı ev sahibinə soyuq silahla xəsarətlər yetirib və hadisə yerindən qaçıb. E.Çeçelaşvili aldığı yaralardan hadisə yerində dünyasını dəyişib. Masajçı olan B.Qasımova və həyat yoldaşının qətlə yetirilən şəxsin qonşusu olduğu bildirilir.

Faktla bağlı Cinayət Məcəlləsinin qəsdən adam öldürmə maddəsi üzrə istintaq aparılır. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR