Almaniyada forma geyinən hücumçu Azərbaycan millisində oynamaqdan imntina edib

img

22-07-2020 [13:12]


Almaniyanın "Darmştadt" klubunun formasını geyinən hücumçu Sərdar Dursun Azərbaycan millisində çıxış etmək təklifi alıb.

Bunu 29 yaşlı forvard özü Türkiyə mətbuatına açıqlamasında bildirib.

O deyib ki, AFFA-dan gələn təklifdən imtina edib: "Azərbaycan millisində oynamaq üçün təklif almışam. Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim".

Qeyd edək ki, Sərdar Dursun 2018-ci ildən Bundesliqa II-də mübarizə aparan "Darmştadt"da çıxış edir/Apasport.az


Digər xəbərlər
SON XƏBƏRLƏR