Qadının evinə basqın edib döyən şəxs tutuldu - Şəmkirdə quldurluq

img

22-07-2020 [12:29]


İyulun 20-u saat 2 radələrində Şəmkir rayonunun Dəllər Cırdaxan kəndində yaşayan qadının evinə girmiş həmkəndlisinin onu döyərək, hədə-qorxu gəlib 300 manat pul və qızıl-zinət əşyaları tələb etməsi barədə Rayon Polis Şöbəsinə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, dərhal başlanılan əməliyyat tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən kənd sakini C.Hüseynov saxlanılıb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci maddəsi ilə (Hədə-qorxu ilə tələb etmə) cinayət işi başlanılıb.


Digər xəbərlər
SON XƏBƏRLƏR