"Neftçi"nin nigeriyalı yeni transferi: "Əlimdən gələnin ən yaxşısını edəcəyəm"

img

21-07-2020 [18:01]


“Bu fürsət əlimə düşəndə çox sevindim. Çünki “Neftçi” çox yaxşı komandadır. Bu komandaya qoşulduğuma görə çox şadam və uğurları üçün əlimdən gələnin ən yaxşısını edəcəyəm".

Bu fikirləri "Neftçi"nin yeni transferi Yusuf Laval klubun televiziyasına müsahibəsində deyib. 

22 yaşlı nigeriyalı vinger pandemiyası səbəbindən hazırlıq prosesinin çox çətin olduğunu və evdən çıxıb heç nə edə bilmədiyini söyləyib.

Laval ev şəraitində bəzi təmrinləri yerinə yetirməyə səy göstərdiyini sözlərinə əlavə edib: "Fiziki formamı qorumaq üçün artıq bir aydan sonra meydançada məşq etməyə çalışırdım. “Neftçi” fanatlarını internet vasitəsilə izləmişəm. Bilirəm ki, bu komandanın çox gözəl azarkeşləri var. Onlarla görüşü səbirsizliklə gözləyirəm. “Neftçi”də əsas məqsədim ən yaxşı oyunçu olmaqdır”.

Qeyd edək ki, "Neftçi" Yusuf Lavalla 2+1 illik müqavilə imzalayıb. 


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub