AzTV-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib

img

20-07-2020 [20:24]


“Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin (AzTV) operatoru 74 yaşlı İmanov Abasağa koronavirusdan dünyasını dəyişib.

Bunu AzTV-nin Sosial media və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nərgiz Rəfiyeva deyib.

O bildirib ki, veteran operator 60 yaşı ötmüş bütün digər əməkdaşlar kimi artıq 1 aya yaxındır TV-yə gəlməsə də, qəflətən evdə özünü pis hiss edib: "6 gün idi ki, xəstəxanada müalicə alan həmkarımız bu gün dünyasını dəyişib: "AzTV kollektivi adından həmkarımıza Allahdan rəhmət diləyir, yaxınlarına başsağlığı veririk"./APA

Xatırladaq ki, AzTV-nin bundan əvvəl də iki əməkdaşı koronavirusdan vəfat edib.


Digər xəbərlər
SON XƏBƏRLƏR