"20 mindən çox vakant iş yeri var..." - Prezidentin köməkçisi "insanlar işləmək əvəzinə yardıma can atır" dedi

img

20-07-2020 [18:21]


"Azərbaycanda 190 manatlıq sosial dəstək tədbiri ilə yanaşı, ictimai iş yerlərinin yaradılması da nəzərdə tutulub. Bu gündən 20 mindən çox boş o cür iş yeri var".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov bildirib.

Prezidentin köməkçisi deyib ki, vətəndaşlar həmin iş yerlərini tutaraq 190 manatdan da çox gəlir əldə edə bilərlər: "Təəssüf ki, insanlar işləməkdənsə birdəfəlik yardım almağa üstünlük verirlər. Odur ki, mən gəlir mənbəyini itirmiş insanları Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyinə müraciət etməyə çağırıram".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR