İş adamı: "Pandemiya səbəbindən resesiyaların ən böyüyü baş verəcək"

img

20-07-2020 [17:14]


"COVID-19 pandemiyası dünya iqtisadiyyatında resesiyaların ən böyüyünə səbəb olacaq".

“Report” FT-yə istinadən xəbər verir ki, bu fikri Avropanın ən iri sərmayə fondlarından olan “BNP Paribas Asset Management”in baş direktoru Frederik Janbon dilə gətirib.

Onun fikrincə, pandemiya üzündən bütün ölkələrdə ortaya çıxan iqtisadi tənəzzüldən sonra iqtisadiyyatın sürətli dirçəlməsi ağlabatan deyil. Belə ki, əksər ölkələrdə iqtisadi dirçəliş V şəkilli yox, U şəkilli olacaq.

İş adamının qənaətincə, iqtisadiyyata dair daha əlverişli proqnoz üçün COVID-19 virusuna qarşı təsirli peyvənd tapılmalıdır. Dayanıqlı iqtisadi dirçəliş üçün həm də bəxt və əhalinin “yaxşı davranışı” mühüm şərtdir. Həmçinin fond bazarlarında mart çöküşündən sonrakı böyük dirçəlmənin də ifrat sürətli olmaqla iqtisadiyyatın həqiqi vəziyyətini əks etdirmədiyi, həmçinin koronavirusun ikinci dalğası ilə bağlı ehtimalları nəzərə almadığı bildirilir.

Xatırladaq ki, İMF və Asiya İnkişaf Bankı Azərbaycanda V şəkilli iqtisadi artım olacağını açıqlayıb. Bütövlükdə pandemiya şəraitində iqtisadi artımın U şəkilli (tənəzzül – uyğunlaşma – dirçəliş), L şəkilli (tənəzzül - qismən uyğunlaşma), W şəkilli (dəyişkən dinamika), V şəkilli (tənəzzül – qəfil artım) variantlarının olduğu qəbul edilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR