"Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb

img

20-07-2020 [14:48]


Azərbaycan Premyer Liqasında 2019/2020  mövsümünün qalibi olan "Qarabağ" klubu daha bir futbolçusu ilə vidalaşıb. 

Mia.az Ağdam təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, müqaviləsi başa çatan Araz Abdullayevlə yeni sözləşmə imzalanmayıb. 

Qeyd edək ki, Araz Abdullayev müqavilə ilə Yunanıstanın “Panionis” klubuna məxsus olub. "Qarabağ" 2018-ci ildə 28 yaşlı yarımmüdafiəçini icarəyə götürüb. Abdullayevin Yunanıstan təmsilçisi ilə də sözləşməsi bitib. 

"Qarabağ" daha əvvəl Nicat Mehbalıyev, Ailton Silva, Maqaye Qeye, Vaqner da Silva, Faysal Rerras, Nicat Süleymanov və Miçellə də yollarını ayırıb. Rəşad Sadıqov isə karyerasını başa vurub və "Zirə"nin baş məşqçisi olub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR