Sabunçuda 62 yaşlı qadın evində qətlə yetirilib

img

18-07-2020 [13:02]


İyulun 17-də saat 17 radələrində Sabunçu rayonu ərazisində 1958-ci il təvəllüdlü Afət Allahverdiyevanın yaşadığı evdə üzərində zorakılıq əlamətləri olan meyitin aşkar olunması barədə məlumat daxil olub.

Baş Prokurorluqdan Mia.az-a verilən məlumata görə, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Faktla bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanılıb, müvafiq ekspertizalar təyin edilib.

Hazırda prokurorluq və polis əməkdaşları tərəfindən cinayəti törətmiş şəxs və ya şəxslərin tutularaq istintaqa cəlb edilməsi istiqamətində intensiv istintaq hərəkətləri və əməliyyat-axtarış tədbirləri davam etdirilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR