"Kimin şəxsi biznesi varsa, halal xoşu olsun" - Brilliant Dadaşova xalqı birliyə çağırdı

img

17-07-2020 [16:00]


Xalq artisti Brilliant Dadaşova xalqımızı çətin günlərdə bir olmağa səsləyib. 

Mia.az xəbər verir ki, müğənni sosial şəbəkə hesabında bəzi şəxslərin əhali arasında bölücülük toxumları səpdiklərini yazıb:

"Özlərini jurnalist və beloger adlandıran bəzi şəxslər əhali arasında bölücülük toxumları səpməklə, vətəndaş qarşıdurması yaradan məqalələr yazaraq xalqımızı zəhərləməklə məşğuldurlar. Xalqımızı göydə Allah, yerdə Ulu Öndərimiz o bəladan qorudu! Son islahatlar sübut etdi ki, qanun vəzifə insanları, məmur fərq etmədən hamı üçün eynidir!

Cəmiyyətdə yalnış fikir formalaşdıranlar xarici ölkədə oturub vətənimizi pisləyən şərəfsizlərin də dəyirmanına su tökmüş olurlar. Biz müstəqil ölkəyik! Kimin şəxsi biznesi varsa, halal xoşu olsun! Lakin dövlətçiliyimizə və Azərbaycan mədəniyyətinə qulluq edən şəxs kimi, mənim səsimdən başqa heç bir zaman şəxsi biznesim olmadığı halda, nədənsə ailəmi harınlamış zəngin adlandırır və bu sözlərlə xalqımızda bir-birinə qarşı nifrət, kin-küdurət yaratdmağa çalışırlar!"

Yenisabah.az


Digər xəbərlər
SON XƏBƏRLƏR