Gənc yazıçının ilk kitabı: "Zəhərdən sərxoşlanan"

img

17-07-2020 [13:12]


Nahaq yerə deməyiblər ki, istedad və yaradıcılıq bulaq kimidir, istənilən şəraitdə özünə yol tapıb üzə çıxacaq.

Mia.az xəbər verir ki, gənc yazıçı Fərhad Kərimlinin bu günlərdə "İstiqlal" Nəşriyyatında işıq üzü görmüş "Zəhərdən sərxoşlanan" hekayələr kitabı da buna bir misaldır. Görünür, Bakı Dövlət Universitetinin Tarix fakültəsi Regionşünaslıq (Amerika üzrə) ixtisasının tələbəsi olan 20 yaşlı gənc yazıçı karantin dövründə təhsilini evdən davam etdirmək fürsətindən həm də müxtəlif vaxtlarda müxtəlif saytlarda dərc edilmiş hekayələrini bir yerə toplamaq və kitab şəklində çap etdirmək üçün istifadə edib.

Kitaba cəmi 12 hekayə daxil edilib. Hekayələrin hər biri maraqlı, orijinal və cəlbedicidir. Hətta bu cür yaradıcılıq nümunələrini 20 yaşı təzəcə tamam olmuş tələbənin böyük uğuru da hesab etmək olar. İnanırıq ki, gənc yazıçının ilk kitabı geniş oxucu kütləsində də maraq doğuracaq.

Məlumdur ki, ədəbiyyat yeniliyi sevir. Ən uğurlu bədii əsər belə müəllifin növbəti yaradıcılıq nümunələri olmayanda müəyyən qədər kölgəyə düşür və getdikcə unudulmağa başlayır. Bu mənada, oxucular istənilən yazıçıdan uğurlu nümunələrin davamını gözləyirlər.

Biz də gənc yazıçını ilk kitabı işıq üzü görməsi münasibətilə təbrik edir, ona yeni-yeni yaradıcılıq uğurları arzu edirik!

Kitabı əldə etmək üçün: +994514540712
Müəlliflə əlaqə: [email protected]     


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR