"Qarabağ" icarədə olan futbolçusunu qaytardı

img

17-07-2020 [12:14]


"Səbail" klubunda icarə əsasında çıxış etmiş futbolçu Ruslan Hacıyev müqavilə üzrə məxsus olduğu "Qarabağ"a qayıdıb. 

Bu barədə "Report"a paytaxt təmsilçisinin baş məşqçisi Aftandil Hacıyev məlumat verib. Onun sözlərinə görə, indiyədək 22 yaşlı yarımmüdafiəçidən əlavə, Fəhmin Muradbəyli "Neftçi"yə dönüb. Bundan başqa, qarşılıqlı razılıq əsasında Şəhriyar Rəhimovla yolların ayrıldığını deyən Hacıyev müqaviləsi bitən Maykl Essyenin də "Səbail"i tərk edəcəyini açıqlayıb. 

39 yaşlı baş məşqçi özünün və digər futbolçuların komandadakı taleyi ilə bağlı qərarın tezliklə qəbul olunacağını da diqqətə çatdırıb. O, yerli futbolçularla yanaşı, legionerlər Aleksandr Rıbka, Peyman Keşavarz, Eriko da Silva, Mabidi Çikito Lemanı da komandada saxlamaq istədiyini bildirib: "Təbii ki, mövcud vəziyyət büdcəmizə də təsir edəcək. Belə bir şəraitdə futbolçuların komandamızda qalıb-qalmayacaqları hələlik bilinmir. Ümidvaram ki, tezliklə bütün məsələlərə aydınlıq gələcək. Avqustun 14-də növbəti mövsümün startı nəzərdə tutulub. Vaxtımız azdır, bir araya gələrək növbəti mövsümün hazırlıqlarına başlamalıyıq". 

Qeyd edək ki, "Səbail" yarımçıq dayandırılmış 2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasını 20 xalla 7-ci pillədə başa vurub. 


Digər xəbərlər
SON XƏBƏRLƏR