İSBAM rəhbərliyi Ukrayna səfirliyinin önünə toplandı - Rəsmi Kiyevə dəstəyinə görə minnətdarlıq olundu - VİDEO

img

16-07-2020 [20:27]


Bu gün İctimai Siyasi Proseslər Beynəlxalq Araşdırmalar Mərkəzi (İSBAM) rəhbərliyi Ukraynanın ölkəmizdəki səfirliyinin önündə tədbir keçirib.

Mərkəzdən Mia.az-a verilən məlumata görə, səfirlik qarşısında İSBAM sədri Samir Adigözəlli çıxış edərək, Tovuz istiqamətdə baş verən döyüşlərdə dost Ukrayna Respublikasının Azərbaycana göstərmiş olduğu siyasi dəstəyə görə təşəkkür edib.

Eyni zamanda, mərkəzin rəhbərliyi rəsmi Kiyevin və xalqının ədalətli mövqeyini həzm edə bilməyən ermənilərin Ukraynanın İrəvandakı səfirliyinə hücumu sərt şəkildə qınayıblar.

Daha sonra İSBAM üzvləri səfirliyin qapısına gül dəstəsi düzüblər.

Bundan sonra səfirliyin nümayəndəsi İSBAM rəhbərliyi ilə görüşüb.

Görüşdə qarşılıqlı müzakirələr aparılıb.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR