QHT Qazaxda 80 aztəminatlı ailəyə birdəfəlik sosial yardım göstərəcək

img

16-07-2020 [19:57]


«Əks-səda» Beynəlxalq Jurnalist Tədqiqatları Mərkəzi İctimai Birliyi iyul ayından başlayaraq Azərbaycan Respublikası Prezidenti yanında Qeyri – Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə “Pandemiya dövründə cəbhə bölgəsində yaşayan imkansız ailələrə birdəfəlik sosial yardımın göstərilməsi” layihəsini həyata keçirməyə başlayıb.

Mia.az xəbər verir ki, layihənin rəhbəri, jurnalist Sevinc Kərimova layihə çərçivəsində Qazax rayonundan olan 80 aztəminatlı ailələrə birdəfəlik sosial yardım göstərəcəklərini bildirib.

S. Kərimova qeyd edib ki, həyata keçirdikləri layihələrdə həmişə aktuallığı və hökumətiin proritetlərini önə çəkiblər: "İctimai birlik olaraq, bu istiqamətdə öz tövhəmizi verməyə çalışmışıq. Bu layihəmizlə də çalışdıq ki, cəbhə bölgəsi olan Qazax rayonu və kəndlərindən olan, COVİD-19 pandemiyyası şəraitində yaşayan ehtiyacı olan vətəndaşlarımıza müəyyən qədər də olsa, yardım edək".


Digər xəbərlər
SON XƏBƏRLƏR