Azərbaycanın Polşadakı səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb
16-07-2020 [18:57]
İyulun 16-da Azərbaycanın Polşadakı səfirliyinin qarşısında erməni vandallarının icazəsiz aksiya keçirməsinin qarşısı alınıb.
Diaporla İş Üzrə Dövlət Komitəsindən Mia.az-a verilən məlumata görə, Polşa Azərbaycanlıları Şurasının sədri Fərid Cəfərov bildirib ki, bu ölkədə yaşayan ermənilərin sosial media şəbəkələrində yaratdıqları qrupların iyulun 16-da Varşavada Azərbaycan səfirliyinin qarşısında icazəsiz aksiya təşkil etmək və vandalizm aktları həyata keçirmək çağırışlarından xəbər tutan kimi bu barədə səfirliyimiz məlumatlandırıb. Azərbaycan səfirliyi isə dərhal gözlənilən təxribatla bağlı yerli polisi xəbərdar edib.
Polşa Azərbaycanlıları Şurası, Polşa Azərbaycanlılarının Koordinasiya Şurası və Polşa Azərbaycanlıları Assosiasiyasının üzvləri, eləcə də bu ölkədə təhsil alan azərbaycanlı gənclər və soydaşlarımızın polyak dostları bir araya gələrək, səfirliyimizin binasının qarşısına toplaşıblar. Beləliklə, Azərbaycan səfirliyinin binası önündə vandal aktları törətmək istəyən 30 erməninin yolunu əllərində Azərbaycan bayraqları olan 200 nəfərədək azərbaycanlı gənc kəsib.
Gənclərimizin səfirliyin binasını əhatə etdiklərini görən ermənilər planlaşdırdıqları təxribatı həyata keçirə bilməyiblər. Yerli polisin aksiyaçıların arasında mövqe tutmasına baxmayaraq, binaya yaxınlaşmağa cəhd edən ermənilərə soydaşlarımız əngəl olublar və ermənilərin bayraqlarını əllərindən alıb yerə atıblar. Polis həmin erməniləri dərhal ərazidən uzaqlaşdırıb.
Vətənpərvər soydaşlarımız isə Tovuz rayonunda törədilən təxribata, Ermənistanın torpaqlarımızı işğal etməsinə etiraz şüarları yazılmış plakatları qaldırıblar, Azərbaycanın dövlət himnini, "Əsgər marşı"nı ifa ediblər, cəngi sədaları altında şüarlar səsləndiriblər. Azərbaycan Ordusunu dəstəklədiklərini vurğulayan aksiyaçılar Vətənimizin ərazi bütövlüyünün təmin olunması, torpaqlarımızın işğaldan azad edilməsi üçün Prezident, Ali Baş Komandan İlham Əliyevin istənilən zaman elan edəcəyi səfərbərliyə hazır olduqlarını bəyan ediblər.
Tədbiri sosial şəbəkə üzərindən canlı yayımlanıb.
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək