Avqustun sonuna yaxın müəllimlər üçün vakansiya seçimi mərhələsi elan ediləcək

img

16-07-2020 [15:10]


“Sentyabrın 15-i tədris ili başlayır. Vakansiyalar peşəkar kadrlar tərəfindən tutulmalıdır. Bunun üçün da müsabiqənin bütün mərhələləri başa çatdırılmalıdır.

Mia.az  xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

Şöbə müdiri bildirib ki, yerdəyişmə müsabiqəsində 8 000-ə yaxın vakansiya çıxarılmışdı:

“Avqustun sonuna yaxın vakansiya seçimi mərhələsinin elan etməyi planlaşdırılıb. Düşünmürəm ki, say bu rəqəmdən aşağı olsun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR
13:00 16.09.2025

Sabah yağış yağacaq

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA