İyul ayının bütün pensiya ödənişləri başa çatdırıldı

img

16-07-2020 [14:50]


Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən bu gün respublika üzrə iyul ayının bütün pensiyalarının maliyyələşdirilməsi başa çatdırılıb.

Nazirlikdən Mia.az-a verilən məlumata görə, həmçinin hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə iyul ayının pensiyaları ödənilib.

Pensiya vəsaitləri pensiyaçıların bank hesablarına köçürülüb. Onlar istənilən bankın bankomatlarından öz pensiyalarını qəbul edə bilər, bu zaman hər hansı faiz tutulmur.


Digər xəbərlər
SON XƏBƏRLƏR