17 şəhər və rayonda müəllimlərin işə qəbulu üzrə müsabiqə keçiriləcək

img

16-07-2020 [14:45]


“Müəllimlərin işə qəbulu üzrə müsabiqənin hansı rayonlar üzrə keçirilməsi artıq məlumdur. Təxmini olaraq 17 şəhər və rayonda 29 mərkəz müəyyənləşib”.

Mia.az xəbər verir ki, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdiri Eşqi Bağırov müəllimlərin işə qəbulu üzrə müsabiqədən danışarkən deyib.

Nazirlik rəsmisi qeyd edib ki, rəqəmlərin dəyişmə ehtimalı da var:

“Həmin rayonlarda namizədlərin imtahana gediş-gəliş məsələsi ilə bağlı araşdırma aparılır. Test imtahanının keçirilməsinə bir neçə gün qalmış, yəni qeydiyyat başa çatana yaxın namizədlərin şəxsi kabinetinə yerlərlə bağlı ətraflı məlumat göndəriləcək”.

Qeyd edək ki, bu gündən Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrinə müəllimlərin işə qəbulu üzrə elektron ərizələrin qeydiyyatı başlayıb və proses iyulun 25-dək (son tarix daxil olmaqla) davam edəcək.

Müsabiqədə iştirak etmək istəyən namizədlər miq.edu.az saytında qeydiyyatdan keçməlidirlər.


Digər xəbərlər
SON XƏBƏRLƏR