Ukraynada futbol hakimi döyüldü

img

16-07-2020 [11:25]


Futbol üzrə Ukrayna I Liqasında "Aqrobiznes" və "Minay" komandaları arasında keçirilmiş XXIV tur matçının baş hakimi Yuri İvanov fiziki təzyiqə məruz qalıb. 

Məlumata görə, İvanov qarşılaşmanın ardından hakimlər otağında döyülüb. Faktla əlaqədar hüquq-mühafizə orqanları çəkilişlər edib, araşdırmalara başlayıblar. 

Qeyd edək ki, referi "Aqrobiznes"in oyunçularına 8 sarı vərəqə göstərib və bu komandanın qapısına penalti təyin edib. Oyun "Minay"ın son dəqiqə qolları sayəsində qələbəsi ilə yekunlaşıb - 2:0. İkinci qolu əslən azərbaycanlı hücumçu Anatoli Nuriyev vurub/Report.  


Digər xəbərlər
SON XƏBƏRLƏR