Haqqa, ədalətə çağrış edən gənclər...
15-07-2020 [13:29]
Asim Hüseynli: “Yeni İcra Hakimiyyəti başçısı cənab Elçin Rzayevin uğurlu kadr siyasətini səbrsizliklə gözləyirik”
Səbinə Əsədova: “Xeyrin şər üzərində qələbəsini çox sevirəm”
****
Həmsöhbətlərim gənclərdir. O gənclər ki, bir sahədə fəaliyyət göstəririk.
Fəal həyat mövqeləri, cəmiyyətə, hadisələrə aktiv münasibətləri, düşüncə və intellektləri ilə hər zaman haqqa, ədalətə çağrış edən gənclər - Səbinə Əsədova və Asim Hüseynli.
-Suallarım hər ikinizə aiddir. Xahiş edirəm, səmimi cavablandırın. Öncə özünüzü təqdim edin.
Səbinə Əsədova: - İmişli şəhər 6 saylı tam orta məktəbin sinif müəllimi.
Asim Hüseynli: - İmişli rayonunun Əliqulular kənd tam orta məktəbin coğrafiya müəllimi.
-Öyrədən olduğunuz üçün ilk sualım belədir: Yaxşı müəllimdə hansı keyfiyyətləri görmək istərdiniz?
Səbinə Əsədova: -Yaxşı müəllim ixtisasını mükəmməl bilməli, qəlbində öyrənənlərə tükənməz sevgi və istək olmalıdır. Oxumaq, öyrənmək, daim axtarışda olmaq həvəsi zəruri ehtiyaca çevrilməlidir. Uşaq psixologiyasını bilmək, onları dəyərləndirmək, qayğılı olmaq, nəvaziş göstərmək yaxşı müəllimin ən başlıca keyfiyyətləridir. Müəllimin şəxsi nümunəsi ilkin şərtdir. Necə geyinir, necə danışır, ətrafındakılara necə münasibət göstərir, söylədikləri ilə hərəkətlərində vəhdət varmı və s. Qəlbində sevgi, mərhəmət, qələbəlik hissi olmadan yaxşı müəllim olmaq mümkün deyil.
Asim Hüseynli: -Yaxşı müəllim dərs dediyi uşaqların sevincini, kədərini yaşamağı bacarmalıdır. Mən sinif otağına girərkən ilkin olaraq uşaqlarda bir ruh yüksəkliyi yaradıram - öyrənmək, fikir söyləmək, münasibət göstərmək, dinləmək və qarşlıqlı anlaşmada olmaq ruhu. Özüm də o ruhu yaşayıram. Mənə zövq verən bir ruh, qəlbimə hakim, sirli-sehrli pedaqoji fəaliyyətimin mənası olan ruh... Səbinə xanımın fikirləri ilə mən də şərikəm. Yaxşı müəllim ixtisasının bütün incəliklərini bilməli və peşəsini ürəkdən sevməlidir. Candərdi müəllim olmaq mümkün deyil, olsa da onun fəaliyyətinin heç bir nəticəsi olmaz.
- Hər ikinizlə ilkin tanışlığım sosial şəbəkədən olub. İctimai-fəal gənclərsiniz və hər kəs tərəfindən sevilirsiniz. İctimai və sosial həyatda fəal olmağınızın kökündə nə dayanır?
Səbinə Əsədova: - Hər kəs tərəfindən sevilməyi bacarmaq həm çətindir, həm də şərəfli. Sosial şəbəkə artıq həyatımızın bir hissəsidir. Mən hər gün orada oluram. Fəal mövqeyim var. Azərbaycan Gənc Müəllimlər Assosiasiyasının üzvüyəm. Fəaliyyətimi, düşüncələrimi bölüşməkdən, ictimai həyat hadisələrinə münasibətimdən, eyni zamanda, ictimai fəal gənc kimi dostluq sferamdan qürur duyuram. Düz buyurdunuz ki, ilk tanışlığımız sosial şəbəkədən olub. Təhsil naziri səyyar görüş keçirirdi, mən qəbulda oldum. Təhsilimizin problemləri, qarşıda duran vəzifələr barədə öz kreativ düşüncələrimi dedim. Axşam TV-lər nazirlə görüşü verəndə Siz mənə minnətdarlığınızı bildirdiniz. Fikirlərimə dəstəkçi olduğunuzu söylədiniz. Bu arada onu deyim ki, mən Təhsil Nazirliyinin bütün əmr və göstərişlərini öz facebook səhfəmdə, eləcə də müxtəlif qruplarda paylaşıram. Maraqlı olduğum və fəallıq göstərdiyim qruplar “Azərbaycan Gənc Müəllimlər Assosiasiyası”, “Müasir məktəb və idarəetmə”, “Təhsil Forumu”, “Müəllimlərin virtual birliyi”, “Təhsil şikayətləri”, “Mən bir müəlliməm”, “İmişli müəllimləri” və onlarca başqa qruplardır. İnformasiya Portalları üçün də materiallar hazırlayıram. Pandemiya təhlükəsi dövründə şagirdlərimə onlayn dərslər keçdim. Təhlükə ilə bağlı Nazirlər Kabinetinin bütün göstərişləri təbliğatımızda əsas oldu. Sosial şəbəkədə hər zaman koronavirusla bağlı dövlətimizin uğurlu siyasətini bəyənib, təbliğ edirik.
Asim Hüseynli:
- Mən universitet həyatından sosial şəbəkədəyəm. Geniş münasibət yaratmaq, əhatəli və operativ bilgi əldə etmək üçün sosial şəbəkə əvəzsizdir. Ancaq qeyd edim ki, bəzən insanlar sosial şəbəkədə özlərini qeyri- səmimi və yaxud qeyri-etik aparırlar. Bunlar yolverilməzdir. Bütün ölkələrin və müxtəlif sferaların insanları ilə dostluğum var. Coğrafiya elminə uyğun bilgilər, fotolar və məlumatlar paylaşmağı çox sevirəm. İctimai-sosial gənc kimi hər zaman könüllü fəaliyyətə də qoşuluram.
- Haqsızlığa, ədalətsizliyə görə mübariz mövqeyinizi bilirik. Gənc həmkarlarınıza bu barədə nə demək istərdiniz?
Səbinə Əsədova: - Xeyrin şər üzərində qələbəsini çox sevirəm. Nə vaxtsa, mübarizədən yorulub, geri çəkiləndə ətrafımdakı insanların, doğmaların “Sən niyə susursan?" sualı məni düşündürür. Bu düşüncə həmişə qəlbimdədir və ictimai fəallığa, mübariz mövqeyə bir çağrışdır. Atam deyərdi ki, haqlı tərəfdən mübarizə aparırsansa səbrli ol. Müəllimimiz Vahid Tağıyevin fikri isə heç yadımdan çıxmır: “Hər bir işdə mədəni, mənəvi keyfiyyətləri unutmayın”. Həmkarlarıma tövsiyə edirəm ki, haqsızlığa, ədalətsizliyə qarşı mübariz olun. Sözünüzü deməkdən çəkinməyin.
Asim Hüseynli: - Bakı Dövlət Universitetində “Açıq qapı günü” olurdu. Hər kəs rəhbərliyə öz şikayətini, arzu və təklifini verə bilirdi. Eyni zamanda, anonim sorğular keçirilirdi. İrad tutan, təklif verən tələbənin kimliyi bilinmirdi. Toplanmış informasiya və məlumatlar bir sutka ərzində araşdırılıb, tədbir görülürdü. Mən də bir gənc kimi haqqı, ədaləti sevirəm, bu yolda mübarizə aparmaqda israrlıyam. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ictimai fikrə önəm verməsi, məmur özbaşnalıqlarına qarşı mübarizəni fəaliyyətində əsas götürməsi cəmiyyətimizdə nə qədər böyük sevgi ilə qarşılanır. Biz həm də ictimai fəal gənc kimi mübariz mövqeyimizlə Prezidentin apardığı siyasətə kömək etmiş oluruq. Hər bir Azərbaycan gəncini Allahın, haqqın və qanunlarımızın yolunda mübarz görmək istəyirəm.
- Söhbətin bu yerində, ictimai fəal gənclər kimi, İmişlinin sabiq İcra Hakimiyyəti başçısının qanunsuz əməllərinə münasibətiniz, yeni təyin olunmuş İcra Hakimiyyəti başçısından gözləntiləriniz maraqlı olardı?
Səbinə Əsədova: -Biz gənclər bütün hallarda qanunsuzluqlara qarşıyıq. Bu istiqamətdə dövlətimizin və Prezidentimiz İlham Əliyevin apardığı siyasəti dəstəkləyirik. Fikir verin, dünyanı təlatümə gətirən pandemiya dövründə Azərbaycan dövləti, onun rəhbəri İlham Əliyev hər bir vətəndaşın yanındadı. Ən nüfuzlu dövlətlərlə müqayisədə Azərbaycan qabaqlayıcı tədbirlərlə az insan tələfatı verir. Dünya Səhiyyə Təşkilatları koronavirusdan qorunmaq üçün Azərbaycanın təcrübəsinə istinad edirlər. Heydər Əliyev Fondu və imkanlı şəxslər vətəndaş həmrəyliyinə qoşulurlar. Tənha, xəstə və imkansız ailələr xüsusi qayğı ilə əhatə olunur. İnsanlar bir daha Prezidentini sevir, onun qayğısını dəyərləndirirlər. Prezidentə ünvanlanmış minnətdarlıq məktubları sonsuz sevgini əks etdirir. Belə bir dönəmdə, İmişli və digər dörd rayonda hakimiyyət strukturunun başında duran birici şəxsin qeyri-qanuni əməlləri DTX-nin uğurlu əməliyyatları ilə ifşa olundu. Prezidentin hər zaman vurğuladığı kimi, toxunulmaz şəxs yoxdur, hamı qanunlara riayət etməlidir.
Prezidentin sərəncamı ilə İmişli rayon İcra Hakimiyyətinə başçı cənab Rzayev Elçin Adil oğlu təyin olunub. Çox uğurlu bir təyinatdır. Ümidlərimiz böyükdür. Biz gənclər hər zaman doğma İmişlimizdə aparılan quruculuq və yeniləşmə işində öndə olmağı bacaracağıq.
Asim Hüseynli: - Dostum, həmkarım Səbinə xanım sualınızı çox gözəl cavablandırdı. Azərbaycan sosial-iqtisadi inkişafa, insan amilinə görə dünyanın aparıcı dövlətlərindən biridir. Elə bir sahə yoxdur ki, orada inkişaf və yeniləşmə olmasın. Fəaliyyətinin ilk günündən “Mən hər bir Azərbaycanlının Prezidentiyəm” deyən, ölkə başçısı cənab İlham Əliyev nəzərdə tutduğu bütün öhdəçilikləri uğurla həyata keçirir. Daxildə yaranmış əmin-amanlıq uğurlu xarici siyasətlə vəhdətdə Azərbaycanı yeni inkişaf mərhələsinə gətirdi. Abadlıq, tikinti, quruculuq işləri rayon-şəhər fərqini yox etdi. Əməkhaqqı, pensiya, təqaüd, şəhid ailələrinə, Qarabağ əlillərinə, veteranlara və aztəminatlı ailələrə verilən müavinətlər dəfələrlə artırıldı. İş yerləri açılır, insanların mənzil-məişət şəraiti yaxşılaşdırılır, qayğıya ehtiyacı olan hər kəsə dövlət qayğısı dinamik şəkildə aparılır. Yaşadıqlarımız və gördüklərimiz onu deməyə imkan verir ki, cənab İlham Əliyev şəriksiz lider, qarantlı rəhbərdir.
Ölkənin bu inkişaf mərhələsində, pandemiya təhlükəsi günlərində idarəçilikdə şəxsi mənafeyi üstün tutan, Prezidentin kursuna ləkə gətirən heç bir məmura haqq yoxdur. O cümlədən, İmişli hadisələrini pisləyirik. Günahkar hər bir şəxs qanun qarşısında cavab verəcəkdir. Yeni İcra Hakimiyyəti başçımız cənab Elçin Rzayevə fəalyyətində uğurlar arzulayırıq. Onun uğurlu kadr siyasətini səbrsizliklə gözləyirik. Kadr ən başlıca şərtdir və o, düzgün seçiləndə uğur qaçılmaz olur. Biz gənclər hər bir işdə öndəyik və özümüzü yeni başçının təşəbbüslərinin icraçısı kimi görürük.
-Azərbaycan gəncliyində nələri, hansı keyfiyyətləri görmək istərdiniz?
Səbinə Əsədova: -Azərbaycan gəncliyini mənəvi-əxlaqi cəhətdən zəngin, fiziki cəhətdən sağlam görmək istəyirəm. Gənclik ömrün heç vaxt bitməyəcəyi düşüncəsi ilə yaşamaq deyil. Gənclik doğru, dürüst mövqedə özünü təsdiq etməyə cəhddir. Ən əsası, işgüzar, vətənpərvər, dostcanlı, ailəsevər, mübariz və əzmkar olmalıyıq.
Asim Hüseynli: -İstərdim gənclik oxumağı, mütaliəni çox sevsin, təhsilli olsun.
Qəlbində sevgi olsun. Vətən sevgisi, yurd-yuva sevgisi, adət-ənənələrimizə hörmət sevgisi, ülfətini qorumaq və yaşatmaq sevgisi, sözünə sevgi, eşqinə sevgi, Vətən torpağının hər qarışına, daşına-qayasına, gül-çiçəyinə, itkisinə, harayına sevgi...
- İnsanlarda, dostlar arasında hansı hadisə və məqamlar Sizi narahat edir?
Səbinə Əsədova: -Ümidsizlik. Aqressiya.
Asim Hüseynli: - Pandemiya təhlükəsinə inanmamaq və bilərəkdən karantin qaydalarının pozulması halları məni daha çox düşündürür.
-Müsahibənin sonunda daha nələri demək, bizlə bölüşmək istərdiniz?
Səbinə Əsədova: - Ulu Tanrı xalqımızı qorusun. Tezliklə koronavirus pandemiyasından sovuşaq. Həyat öz axarına, öz macərasına düşsün.
Asim Hüseynli: - Maraqlı söhbətimizdən məmnun olduq. Təşəkkür edirik, Sizə.
Söhbətləşdi: Səxavət Tağlar, Əməkdar müəllim.
Aprel çağırışı yekunlaşır
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"