Şəhid generalın anası: "Qürurluyam, onunla axırıncı dəfə danışanda dedi ki..."

img

14-07-2020 [23:57]


“Axırıncı dəfə balamla bu ayın 10-u danışmışam. Beş aydı görmədiyim balamı indi şəhid kimi qarşılayacam”.

Mia.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında şəhid general-mayor Polad Həşimovun anası Səmayə Həşimova deyib. 

O, oğlunun qəhrəmancasına şəhid olmasından qürur hissi keçirdiyini deyir:

“Mənim oğlum vətənpərvər idi. Balam Vətən yolunda şəhid oldu. Həm kədərliyəm, həm qürurlu. Poladın necə tərbiyəli, mədəniyyətli insan olduğunu hamı bilir. Mənimlə danışanda dedi ki, ana, koronavirus yayılıb, özünü qoru. İnşallah vəziyyət bir az yaxşılaşsın, gələcəm yanına. Əsgərlər də mənim balalarımdı, ailələri onları bizə əmanət edib. Mənim oğlum Vətənini canından əziz tutdu. Allah bütün əsgərləri, balaları qorusun”.


Digər xəbərlər
SON XƏBƏRLƏR