Elmar Məmmədyarov italiyalı nazirlə müzakirə aparıb: "İşğalçı qüvvələr Qarabağ və ətraf 7 rayondan çıxarılmalıdır"
14-07-2020 [22:29]
Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov və İtaliyanın xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Luici Di Maio arasında telefon danışığı baş tutub.
XİN Mətbuat xidməti idarəsindən Mia.az-a verilən məlumata görə, E.Məmmədyarov Ermənistan silahlı qüvvələrinin Azərbaycan və Ermənistan dövlət sərhədində hərbi təxribatının qarşısının alınması, bölgədə davam edən gərgin vəziyyət barədə məlumat verib.
O, bölgədəki gərginliyin səbəbinin Ermənistanın təcavüzkar siyasəti olduğunu qeyd edib və işğalçı qüvvələrin Azərbaycanın Dağlıq Qarabağ və ətraf 7 rayonundan çıxarılmasının zəruri olduğunu vurğulayıb.
E.Məmmədyarov Ermənistanın son hərbi təxribatı da daxil olmaqla, Ermənistan-Azərbaycan münaqişəsinin həlli ilə bağlı İtaliyanın sərgilədiyi mövqeyə, Azərbaycanın ərazi bütövlüyünə dəstəyini və beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığını hər zaman vurğuladığına görə təşəkkürünü ifadə edib.
Söhbət əsnasında nazirlər iki ölkə arasında mövcud olan strateji tərəfdaşlıq münasibətlərinin müxtəlif istiqamətləri üzrə fikir mübadiləsi aparıblar. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin İtaliyaya həyata keçirilən dövlət səfərini iki ölkə arasında siyasi dialoqun və hərtərəfli əməkdaşlığın yüksək səviyyəsinin göstəricisi kimi qiymətləndiriblər.
Nazirlər “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın gücləndirilməsinə dair Birgə Bəyənnamə” ilə tərəflərin bu strateji tərəfdaşlığı çoxölçülü, hərtərəfli formada siyasi, iqtisadi-ticarət, enerji, mədəniyyət, elm-təhsil və digər sahələrdə əməkdaşlığı daha da gücləndirmək istəklərini ortaya qoyduqlarını qeyd etiblər.
Tərəflər həmçinin iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın daha da dərinləşdirilməsi üçün Azərbaycan Respublikası və İtaliya Respublikası arasında iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın fəaliyyətini müzakirə ediblər.
Cənubi Qaz Dəhlizinin müəyyən edilmiş qrafik üzrə fəaliyyəti, eləcə də Azərbaycan-Avropa İttifaqı arasında münasibətləri nazirlər tərəfindən müzakirə edilib.
E.Məmmədyarov pandemiya ilə bağlı vəziyyət normallaşdıqdan sonra italiyalı həmkarını Bakıya səfərə dəvət edib.
Bakıda taxta bazarı yanıb - FOTOLAR (Yenilənib)
"Bakcell"dən 25 apreldə 100 000 GB kütləvi hədiyyə
Ceyhun Bayramov İran səfiri ilə bir arada: nələr müzakirələr olunub?
Əməkdar artist Cavanşir Məmmədov vəfat edib (Yenilənib)
Medianın İnkişafı Agentliyi jurnalistlərə çağırış edib - Səbəb
Zakir Həsənov Quru Qoşunlarının generallarını topladı, tapşırıqlar verildi - MN-də müşavirə (VİDEO)
Sabah hava necə olacaq? - Proqnoz
BMT-nin Baş katibindən Bakı ilə İrəvan arasındakı anlaşmaya reaksiya: "Razılaşmanı alqışlayırıq"
Bakıda 21 yaşlı oğlan 22 yaşlı qızı bıçaqladı
"Qazaxlı Alik"in oğlu Fuad Muradovun məhkəməsi başlayır
Blinkendən 4 kəndinin Azərbaycana qaytarılması haqda - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb