"Türkiyə Azərbaycana hücumların qarşısında duracaq" - "Bu hücum Ermənistanın çapını aşan hadisədir" - VİDEO

img

14-07-2020 [21:20]


Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Ermənistanın Azərbaycana qarşı hərbi təxribatlarından danışıb.

Mia.az Türkiyə mətbuatına istinadla xəbər verir ki, Ərdoğan hökumətin iclasından sonra Azərbaycan-Ermənistan sərhədində baş vərən gərginlikdən söz açıb:

“Əcdadın əsrlər boyunca yerinə yetirdiyi bu vəzifəni yenə yerinə yetirməyə davam edəcəyik. Dost və qardaş Azərbaycana qarşı Ermənistanın təcavüzünü qətiyyətlə pisləyirik. Bütün imkanlarımızla dost və qardaş Azərbaycanın yanında olmağa davam edəcəyik. Vətəni uğrunda savaşan azərbaycanlı qardaşlarımızdan şəhid olanlara rəhmət, yaralananlara şəfa diləyirəm.

Bu gərginliyin Ermənistanın hücumları sonrası münaqişəyə çevrilməsindən narahatıq. Bu son hücum iki dövlət arasındakı sərhəddə ağır silahlarla edilib. Bu, birbaşa Azərbaycana qarşı edilmiş şüurlu hücumdur. Bu hücum Ermənistanın çapını aşan hadisədir. Məqsəd təxribatçı bir yanaşma ilə Dağlıq Qarabağın nizamlanması prosesinə əngəl yaratmaq və yeni münaqişə nöqtələri yaratmaqdır.

Türkiyə qədim dostluq bağları və qardaşlarlıq haqları olan Azərbaycana qarşı hər cür hücumun qarşısında durmaqda tərəddüd etməyəcək. Bütün münasibətlərimizi bu məsələdə səfərbər etmək boynumuzun borcudur...”.

Mia.az

 


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR