Səfər Əbiyev də meydana çıxdı: “Azərbaycan əsgəri işğalçıya lazımi dərsi verəcək“

img

14-07-2020 [18:15]


Sabiq müdafiə naziri, general-polkovnik Səfər Əbiyev Tovuz istiqamətindəki erməni təxribatına münasibət bildirib.

Mia.az xəbər verir ki, keçmiş nazir Moderator.az-a açıqlamasında belə deyib:

"Tarixi düşmən öz məkirli niyyətindən geri durmaq istəmir. Sözüz onu bu qudurğan hala gətirən ciddi səbəblər var və bunlar nəinki bizə, bütün dünyaya məlumdur. Ancaq haqq və ədalətin bərpası məsələsi meydana gələr-gəlməz beynalxalq birliyin, xüsusilə Minsk qrupunun susqunluğunun və ya ikibaşlı oyunlarının şahidi oluruq. işğalçı Ermənistan barədə heç bir ölçü götürülməməsi əyani şəkildə sübut edir ki, təcavüzkarın arxasında dayanan qüvvələr Azərbaycana təzyiqin müxtəlif forma və metodlarını yürütməkdə davam edirlər.

 Təsəvvür edin, Birləşmiş Millətlər  Təşkilatının 4 mühüm qətnaməsi olsa da işğalçı Ermənistan Dağlıq Qarabağdan əsgəri qüvvəsini çıxarmır, hətta  torpaqlarımızın ilhaqı üzərində öz mövqeyini  möhkəmləndirməyə çalışır. Bu günkü sərhəd döyüşlərinin baş verməsinin bir səbəbi də buna bağlıdır. Azərbaycan heç bir vaxt işğalçı Ermənistan siyasətinə  imkan verməyəcəkdir. Mən ordumuzun gücünə, torpaq sevgisinə, vətən duyğusuna çox yaxından bələdəm. 20 ilə yaxın əsgərimizlə çiyindaş olduğum günlərdən onun qəhrəmanlığını, şücaətini, düşmən qarşısında əyilməz bir qürura sahib olduğunu öz gözlərimlə görmüşəm. Ona görə də Azərbaycan Silahlı Qüvvələrinin gücünə inanır və onun düşmən üzərində son qələbəsinə böyük ümidlərlə baxıram.

Döyüş belədir ki, itkisiz keçilmir. Tovuz rayonu ilə həmsərhəd ərazilərimizdə düşmənin həmləsinə qətiyyətlə cavab verən Azərbaycan Ordusu Ermənistan silahlı bölmələrinə ağır zərbələr endirmişdir. Düşmən təşviş içərisindədir. İnanıram ki, Azərbaycan əsgəri işğalçını son yuvasına qədər qovaraq lazımi dərsini verəcək. 

Allah şəhidlərimizə rəhmət eləsin!"


Digər xəbərlər
SON XƏBƏRLƏR
10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR