OPEC qlobal neft tələbatının azalması üzrə proqnozunu yaxşılaşdırıb

img

14-07-2020 [17:58]


Neft İxrac Edən Ölkələr Təşkilatı (OPEC) qlobal neft tələbatının azalması üzrə proqnozunu 100 min barel yaxşılaşdırıb.

"APA-Economics"in OPEC-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, bu il gündəlik qlobal neft tələbatı 8,9 mln. barel azalacaq.

Hesabat əsasən, 2020-ci ildə dünyada neftə olan gündəlik tələbat 90,72 mln. barel olacaq (2019-cu ildə bu göstərici 99,67 mln. barel təşkil edib).

Bununla yanaşı, OPEC-in proqnozuna görə, cari illə müqayisədə 2021-ci ildə tələbin inamlı artımı gözlənilir. Beləliklə, gələn il bu göstəricinin 97,72 mln. barel səviyyəsinədək artımı proqnozlaşdırılır.


Digər xəbərlər
SON XƏBƏRLƏR