"Azərbaycan xalqı bilsin ki..." - Müdafiə Nazirliyi cəbhədə yaranmış vəziyyətlə bağlı bəyanat yaydı
14-07-2020 [14:31]
İyulun 12-dən başlayaraq düşmən Tovuz istiqamətində vəziyyəti gərginləşdirməyə cəhd göstərib.
Bunu Müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, Müdafiə Nazirliyi yaranmış vəziyyətlə əlaqədar bəyanat yayıb.
Bəyanatda deyilir:
“Hazırda ön xətdə şiddətli döyüşlər gedir. Bölmələrimizin gördüyü cavab tədbirləri nəticəsində böyük itkilər verən düşmən geri çəkilməyə məcbur edilib. Döyüş zamanı ön xətdə olan general-mayor Polad Həşimov və digər hərbi qulluqçular qəhrəmancasına şəhid olublar.
Düşmənin aktiv fəaliyyətinin qarşısının alınması məqsədi ilə komandanlıq tərəfindən görülmüş cəza tədbirləri nəticəsində düşmənə məxsus müxtəlif təyinatlı hərbi texnika, döyüş vasitələri, komanda məntəqələri, dərinliklərdə yerləşən ehtiyatları və yüzlərlə canlı qüvvəsi məhv edilib.
Qarşı tərəf həmişə olduğu kimi cəbhədə vəziyyəti gərginləşdirdikdə yaşayış məntəqələrimizi atəşə tutmaqda davam edir. Yaşayış məntəqələrindəki mülki əhalini basqı altında saxlamağa cəhd göstərir.
Azərbaycan xalqı bilsin ki, ordumuzun bu istiqamətdə olan bölmələri düşmənin hücumunun qarşısını almağa qadirdir və hazırdır. Bu istiqamətdə hazırda tədbirlər həyata keçirilir. Düşmənin dərinliyindəki atəş mövqeləri zərərsizləşdirilib və ehtiyatları vurulub”.
APA
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb