AZƏRBAYCAN ORDUSUNUN GENERALI VƏ POLKOVNİKİ ŞƏHİD OLDU: "Düşmənə sarsıdıcı zərbələr endirilib"

img

14-07-2020 [13:14]


“İyulun 13-dən 14-ə keçən gecə Tovuz rayonu ərazisində şiddətli döyüşlər davam edib. İki sutka ərzində düşmənə sarsıdıcı döyüş zərbələri endirilib. Düşmənin 100-ə qədər canlı qüvvəsi, çoxlu sayda hərbi texnikası və mühüm obyektləri məhv edilib”.  

Mia.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında müdafiə nazirinin müavini, general-leytenant Kərim Vəliyev bildirib.

K.Vəliyev qeyd edib ki, döyüşlər nəticəsində Azərbaycan Ordusu da itki verib: “Səhər saatlarında döyüş zamanı general-mayor Həşimov Polad və polkovnik İlqar Mirzəyev qəhrəmancasına şəhid olublar".

General bildirib ki, hazırda cəbhə xəttində döyüşlər davam edir.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR