Rəhim Qazıyev saxlanıldı - Sabiq nazirə cinayət işi açıldı + TƏFƏRRÜAT
13-07-2020 [18:37]
Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokurorluğun mətbuat xidmətləri birgə açıqlama yayıb.
Mia.az-ın xəbərinə görə, açıqlamada deyilir:
"Məlum olduğu kimi, 2020-ci il iyulun 12-də Ermənistanın silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində atəşkəs rejimini kobud şəkildə pozaraq artilleriya qurğularından mövqelərimizi atəşə tutmuşlar. Görülən adekvat tədbirlər nəticəsində düşmənə ağır zərbə endirilib və o, ciddi itkilər verərək geri oturdulmuşdur. Düşmən təxribatlarının qarşısı alınarkən Azərbaycan Ordusunun şəhid olmuş hərbi qulluqçularının ailələrinə dərin hüznlə başsağlığı verir, yaralılara tez bir zamanda sağalmaları üçün şəfa diləyirik.
Cəbhədə baş vermiş döyüşlər zamanı xalqımızın hər zaman olduğu kimi nümayiş etdirdiyi milli həmrəylik və birliyindən, vətəndaş-dövlət vəhdətindən narahat olan düşmən dairələr və antimilli qüvvələrin respublikada ictimai-siyasi sabitliyi, əmin-amanlığı pozmağa, dövlətin, onun ordusunun və digər strukturlarının sistemli fəaliyyətinə zərbə vurmağa uğursuz cəhdləri müşahidə edilməkdədir. Bir qrup şəxs öz çirkin niyyətlərini yerinə yetirmək üçün dövlət sərhədində baş vermiş düşmən təxribatlarından sui-istifadə edərək Silahlı Qüvvələrimizi, Azərbaycan əsgərini, həmçinin hakimiyyət və hüquq mühafizə orqanlarını gözdən salmaq, onlara inamsızlıq yaratmaq, Azərbaycan Respublikasının müdafiə qabiliyyətinə xələl gətirmək məqsədilə sosial media səhifələrində əhali arasında çaşqınlıq, ölkədə qarışıqlıq yaratmağa yönələn məlumatlar yaymağa başlamış və dövlət əleyhinə açıq çağırışlar etmişlər.
2020-ci il iyulun 12 və 13-də sabiq müdafiə naziri Rəhim Qazıyevin Azərbaycan-Ermənistan sərhədində düşmənin təxrtibatları ilə bağlı döyüş əməliyyatlarının aparıldığı və bu barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyi tərəfindən ictimaiyyətə müntəzəm rəsmi məlumatlar verildiyi bir vaxtda, məqsədyönlü şəkildə sosial şəbəkələr vasitəsi ilə hadisələrin mahiyyəti barədə aşkar surətdə həqiqətə uyğun olmayan xəbərlər yayıb Azərbaycan Respublikasının müdafiə qabiliyyətini zəiflətməyə yönələn hərəkətlər edərək, insanları iğtişaşlara, dövlət hakimiyyətini zorla ələ keçirməyə açıq çağırışlar etməklə təxribat törətməsinə əsaslı şübhələr müəyyən olunub.
Rəhim Qazıyev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 281-ci (Dövlət əleyhinə yönələn açıq çağırışlar) və 282-ci (Təxribat) maddələri ilə başlanılmış cinayət işi üzrə şübhəli şəxs qismində saxlanılıb.
Azərbaycan Respublikasının informasiya sahəsində milli maraqlarına, həmçinin “Dövlət sirri haqqında”, “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının qanunlarının və digər qanunvericilik aktlarının tələblərini qəsdən pozaraq dövlət sirri təşkil edən, ölkəmizin müdafiə potensialına, Silahlı Qüvvələrimizin və ordumuzun döyüş qabiliyyətinə zərər vuran dəqiqləşdirilməmiş, qərəzli, ictimai rəyi çaşdırmaq məqsədi güdən məlumatların yayılması yolverilməzdir.
Eyni zamanda bir daha diqqətə çatdırılır ki, Azərbaycan Respubliksının milli mənafelərinin və təhlükəsizliyinin qorunmasında xalqın həmrəyliyi sarsılmazdır, düşmən həmlələrinə, antiazərbaycan qüvvələrə və onların maraqlarına xidmət edənlərin xaos, anarxiya və təxribat cəhdlərinin qarşısı qətiyyətlə alınmışdır və bundan sonra da qətiyyətlə alınacaqdır.
Hazırda Dövlət Təhlükəsizliyi Xidmətində başlanılmış cinayət işi üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
Qırğızıstan prezidenti Füzuliyə gedib - İlham Əliyev qarşılayıb
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"
Almaniya prezidenti CHP lideri ilə almanca danışdı və belə dedi: "Mükəmməl alman!" - 50 dəqiqəlik qapalı görüş olub (FOTO)
İsrail Hərbi Şurası HƏMAS-la görüşəcək - Yeni təklif hazırlanıb
"Google" İsrailə etiraz edən daha 20 əməkdaşını işdən çıxarıb
Millimiz bu gün Özbəkistan komandası ilə qarşılaşacaq
Yusif Yazıçının komandası uduzub
Azərbaycan nefti bahalaşır
Macarıstanın xarici işlər və ticarət naziri Azərbaycana gəib
Məşhur məşqçi xəstəxanaya yerləşdirilib - Səbəb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib