"Düşmənin dərinlikdəki mövqelərinə və canlı qüvvəsinə sarsıdıcı zərbələr endirilib" - MN-dən daha bir açıqlama
13-07-2020 [14:03]
“Bu gün səhər saatlarında düşmənə sarsıdıcı zərbələr endirilib”.
Mia.az xəbər verir ki, bunu Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Vaqif Dərgahlı bildirib.
O qeyd edib ki, düşmən itkilərini gizlədir: “Səhər saatlarında bölmələrimiz tərəfindən düşmənin dayaq nöqtələrinə, dərinlikdə olan mövqelərinə, avtomobil texnikasına və canlı qüvvəsinə zərbələr endirib. Sadəcə olaraq, düşmən hər zamankı kimi itkilərini gizlədir. Təəssüflər olsun ki, Azərbaycan Ordusu da itki verib. Dörd hərbi qulluqçumuz şəhid olub, yaralılar var. Yaralılara lazımi yardım göstərilir. Şəhidlərimizə rəhmət, yaralılara şəfa diləyirik!”.
“Hazırda döyüş bölgəsində ara-sıra qarşılıqlı artilleriya zərbələri endirilir” - deyən Vaqif Dərgahlı bildirib ki, düşmən tərəfi fəallıq nümayiş etdirməyə çalışır: “Lakin Azərbaycan Ordusu düşmənin bu fəaliyyətinin qarşısının alınması istiqamətində tədbirlər görür. Ordumuz Ali Baş Komandanın rəhbərliyi ilə verilən bütün tapşırıqların yerinə yetirilməsinə hazırdır və buna qadirdir”.
Vaqif Dərgahlı xatırladıb ki, iyulun 12-i günorta saatlarından başlayaraq Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində atəşkəs rejimini kobud surətdə pozaraq bölmələrimizin yerləşdiyi mövqeləri atəşə tutublar.
O bildirib ki, komandanlıq tərəfindən qərar qəbul edilib və düşmənin fəaliyyətinin qarşısının alınması məqsədi ilə adekvat cavab tədbirləri görülüb: “Düşmən tərəfi təxribatının davamını gətirmək məqsədi ilə mövqelərimizə hücum etməyə cəhdi göstərib. Amma həmin hücumun da qarşısı alınıb. Heç bir ərazi itkisi yoxdur, mövqelərimiz əvvəlki qaydada dayanır və Azərbaycan Ordusunun bölmələri hazırda əvvəllər durduqaları mövqedədirlər və düşmənə qarşı cəza tədbirləri həyata keçirirlər”.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"