Bakıda və rayonlarda bu obyektlərdə karantin qaydaları pozulub - SİYAHI
12-07-2020 [15:35]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 49 ictimai iaşə obyekti, 161 ərzaq satışı mağazası olmaqla ümumilikdə 210 müəssisədə reyd keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 74-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
Bakı şəhəri üzrə: “Seymur”, “№ 1”, “Əli”, “Grandmart”, “Elşən”, “24 saat”, “Bakı market”, “FA”, “Vedi”, “Vaqifoğlu”, “Elit”, “Sirab”, “Original” marketlər, Nəzərov Şirinbəy Ramazan oğluna, Şükürov Azər Duman oğluna və Məmmədov Elnur Mayıl oğluna məxsus ərzaq mağazaları.
Digər şəhər və rayonlar üzrə:
Quba rayonunda “Bizim” kafe, “Qədim Quba”, “Çənlibel” və “Panorama” restoranları,
Qusar rayonunda “Karvan” kafesi,
İsmayıllı rayonunda Nağıyev Mübariz Adil oğluna, Nağıyev Raiz Əhməd oğluna məxsus restoranlar, “Xəyal”, “Günəş park” restoranları, “Dost qapısı”, “Qoşa samovar”, “Halal”, “Mican”, “TV” kafelər
Sabirabad rayonunda Şıxəliyev İftixar Maqsud oğluna məxsus kafe, “Ümüd” kafesi,
Şirvan şəhərində Rzayev Fərid Faiq oğluna məxsus kafe və Zeynalov İlqar Əliqulu oğluna məxsus ərzaq mağazası,
Salyan rayonunda Ağayev Tərlan Əhmədağa oğluna və Qafarov Mirqəfər Seyidəhməd oğluna məxsus kafelər, Həsənzadə Vaqif Hikmət oğluna, Sadıqov Raqli Malik oğluna və Baxışov Rəşid Vaqif oğluna məxsus ərzaq mağazaları,
Masallı rayonunda Novruzov İlqar Vasif oğluna, Vəlizadə Fariz Şakir oğluna, İbadova Gülzar Qəribəli qızına, Babayev Cavid Canalı oğluna, Əşrəfzadə Fərrux Əşrəf oğluna məxsus ərzaq mağazaları,
Gəncə şəhərində Məhərrəmov Məhərrəm Arzuman oğluna, Qurbanov Sərxan Elman oğluna, Rayeva Gülarə Ziyəddin qızına məxsus ərzaq mağazaları, “Cavid”, “24 saat”, “Bizim”, “Universam”, “Flaqman”, “Aysberq” marketlər,
Tərtər rayonunda Musalı Rauf Azər oğluna, Mehdizadə Elvin Elgiz oğluna və Əliyev Sərxan Altay oğluna məxsus dönərxanalar, Fərzəliyev Elçin Xanlar oğluna və Abışov Anar Xaliq oğluna məxsus ərzaq mağazaları,
Şəmkir rayonunda “Balıq evi”, “Məkan” kafeləri, “Ruzi”, “Şəmkir” və “Ballı” ərzaq mağazaları,
Tovuz rayonunda Abbasov Dilqəm Məhəmməd oğluna, Qəhrəmanov Elnur Vidadi oğluna, Abdullayev Arif Tofiq oğluna, Məmmədov Xaliq Arif oğluna məxsus ət satışı mağazaları,
Zərdab rayonunda İsrafilov Ülvi Şahin oğluna, Məmmədova Şəhla Eyvaz qızına, Məmmədov Elvin Hafis oğluna məxsus ərzaq mağazaları, “Oba”, “Üfüq”, “Ayan” və “Final” marketlər,
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"