Milli Məclisin fövqəladə sessiyası çağırılacaq? - Deputatdan maraqlı şərh və proqnozlar
11-07-2020 [23:37]
Milli Məclisin fövqəladə sessiyasının çağırıla biləcəyi ilə bağlı xəbərləri, güman ki, oxumusunuz. Doğrudan da, belə bir söhbət var, amma onun nə günü bilinir, nə gündəliyi. Jurnalistlərin və dost-tanışların çoxsaylı suallarına, bir qayda olaraq, "bilmirəm" cavabını verirəm, çünki bu, doğrudan da belədir. Bununla belə, suallar və onların bildirdiyi ictimai maraq əsaslı olduğundan, "bilmirəm" cavabı yetərli sayıla bilməz. Konkret bilməsək də, bəzi gümanları qura bilərik. Bunun üçün Milli Məclisin səlahiyyətlərinə baxmaq gərəkdir”.
Mia.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Erkin Qədirli sosial şəbəkədəki hesabında yazıb.
E.Qədirli bildirib: "Fövqəladə sessiyanın çağırılması aşağıdakı ehtiyacların birindən və ya bir neçəsindən doğa bilər:
1. Qanunun qəbulu.
MM-in iki komitəsində üzvəm: a) Hüquq Siyasəti və Dövlət Quruculuğu; b) Təhlükəsizlik, Müdafiə və Korrupsiya ilə Mübarizə. Bu komitələrin heç birində yeni layihə yoxdur. Olsaydı, mən bilərdim. Başqa komitələrdə yeni layihə olmuş ola bilər və mənim ondan xəbərsiz olmağım mümkündür. Amma elə bir layihə varsa, o, plenar iclasdan ən azı 3 gün öncə bütün deputatlara göndərilməlidir. Bu ana hər hansı bir layihə bizə göndərilməyib. Ayrıca, fövqəladə sessiya qanunun qəbulu üçün çağırılacaqsa, deməli üç oxunuş proseduru işə düşməli olacaq. Elə bir söhbət də hələ yoxdur.
2. Büdcədə dəyişiklik.
Əslində, bu məsələ qanunun qəbulu ilə rəsmiləşdirildiyinə görə, onu da birinci bənddə yaza bilərdim. Sadəcə, büdcə çox xüsusi bir qanun olduğuna, epidemiya dönəmində iqtisadiyyatımıza böyük ziyan dəydiyinə görə, onu ayrıca göstərmək istədim.
3. Beynəlxalq müqavilənin təsdiqi və ya ləğvi.
Doğrusu, hansı müqavilənin təcili təsdiqinə və ya ləğvinə ehtiyacın yarana biləcəyini güman etməkdə çətinlik çəkirəm. Bu, ən az ehtimal olunan variantdır, məncə
4. Vəzifələrə təyinatlar.
Elə vəzifələr var ki, kimisə təyin etməkdən və ya çıxarmaqdan öncə, Milli Məclisin razılığı alınmalıdır. Məsələn, Baş Nazir (təyin), Baş Prokuror (həm təyin, həm çıxarılma). Elə vəzifələr də var ki, orada Prezidentin təqdimatı əsasında Milli Məclis özü təyin və azad edir (məsələn, Mərkəzi Bankın İdarə Heyəti), ya da, yenə də Prezidentin təqdimatı əsasında, seçir (məsələn, İnsan Hüquqları üzrə Müvəkkil). Müvəkkil ötən ilin son aylarında seçilib, Baş Prokuror və Mərkəzi Bankın sədri isə bu yaz təyin olunublar. Ali Məhkəməyə və bir neçə apellyasiya məhkəməsinə hakimlərin təyinatı da bu yaxınlarda oldu. Konstitusiya Məhkəməsində iki hakimin 70-dən yuxarı yaşı var (Südabə Həsənova - 73 və Rafael Qvaladze - 72). Konstitusiya Məhkəməsi haqqında qanunun 14.3 maddəsinə görə, Konstitusiya Məhkəməsi hakiminin vəzifədə olmasının yaş həddi 70 yaşdır. Bununla belə, elə oradaca yazılıb ki, Konstitusiya Məhkəməsinin 70 yaşına çatmış hakimi Konstitusiya Məhkəməsinin yeni hakimi təyin olunanadək vəzifəsini icra etməyə davam edir. Ola bilsin, bu iki hakimin yerinə yeni təyinatlar olsun. Amma buna görə fövqəladə sessiyanı çağırmağa dəyərmi? Sanmıram. Bunu payız sessiyasında da rahat etmək olar. Onsuz da, yaşdan əlavə, dekabrda Südabə Həsənovanın səlahiyyət müddəti bitir. Nə qalır? Baş Nazir? Prinsipcə, mümkündür, amma bununla bağlı nəsə deyə bilmərəm.
5. Hərbi doktrina.
Qüvvədə olan hərbi doktrina var. Prezident orada nələrisə dəyişdirməyi istəyə bilərmi? Bilər. Bunun üçün Milli Məclisin təsdiqi lazımdır. Bu halda mənim, təhlükəsizlik və müdafiə sahəsinə cavabdeh olan komitənin bir üzvü kimi, bundan xəbərim olmalıdır. Bu ana elə bir xəbər yoxdur.
6. Hərbi və ya fövqəladə vəziyyət.
Burada qayda belədir - Prezident bununla bağlı fərmanını 24 saat ərzində Milli Məclisin təsdiqinə göndərməlidir. Bu ana bununla bağlı heç bir rəsmi məlumat yoxdur.
7. Silahlı qüvvələrin təyinatı ilə bağlı olmayan vəzifələrin icrasına cəlb edilməsinə razılıq.
Bu, Milli Məclisin səlahiyyətlərindən biridir. Hərbi və fövqəladə vəziyyətlər məsələsində olduğu kimi, burada da təşəbbüs Prezidentdən gəlməlidir. Söhbət hansı vəzifələrdən gedə bilər? Məsələn, fövqəladə vəziyyət elan olunarsa və Daxili İşlər Nazirliyinin imkanları yetməzsə, silahlı qüvvələrin cəlbi mümkün sayıla bilər (küçələrdə patrullar, komendant saatı və s.)”
Bu statusdan az sonra isə deputat aşaöıdakı şərhini paylaşıb:
Növbədənkənar sessiyanın çağırılması üçün güman olunan ehtiyacların arasında referendumu və amnistiyanı yazmadım (bundan öncəki paylaşıma baxın). Niyə?
Çünki:
1. Referendumu Prezident də təyin edə bilər, bunun üçün Milli Məclisin razılığına gərək yoxdur. Milli Məclisdə isə referendumla bağlı söhbət olmayıb. Elə bir hazırlıq görülsə idi, mənim ondan xəbərim olardı, çünki üzv olduğum komitə onun layihəsinə baxmalı olacaqdı. Ayrıca, referendum aktının layihəsi, ümumxalq səsverməyə çıxarılmazdan öncə, Konstitusiya Məhkəməsinə göndərilməlidir (rəy üçün).
2. Amnistiya aktının layihəsi olsa idi, ona mütləq İnsan Haqları Komitəsində baxmalı olacaqdılar. Mən o komitənin üzvü deyiləm, ona görə xəbərim olmaya bilər. Bununla belə, düşünürəm ki, amnistiya aktının layihəsi hazırlanmış olsa idi, ölkəmizin çeşidli hüquq-müdafiəçiləri, bu sahədə çalışan QHT-lər və ekspertlər xəbərsiz qalmazdılar.
Daha sonra, bundan öncəki paylaşımda yazdığım bəzi gümanların gerçəkləşməsi, belə bir sessiyanın kimin tələbi əsasında çağırılmasından da asılıdır. Tələb Prezidentdən gəlmirsə, onda, prinsip etibarı ilə, Konstitusiyaya görə onun təqdimatı əsasında verilməli olan qərarlarla bağlı ehtimallar nəzərə alınmaya bilər (ehtimal çox zəif olur). Tələb Milli Məclisin deputatlarından gəlirsə (42 deputat), onda Milli Məclisin təşəbbüsünə aid olmayan məsələlərə baxıla bilməz. Hərçənd, təcrübədə bu variantlarla bağlı növbədənkənar sessiyaların az qala hamısında problematik bir gedişat olur. Belə sessiyalar deputatların tələbi əsasında çağırılmış olsalar da, baxılan layihələrin əksəriyyəti Prezident tərəfindən təqdim olunur. Bu, özlüyündə Konstitusiyaya zidd olmasa da (çünki, Prezident patlamentdə öz partiyasının çoxluğundan istifadə edir), siyasi mədəniyyətin və parlamentarizmin inkişafı baxımından doğru deyildir. Prezident MM-də hansısa layihənin baxılmasını və ya məsələnin müzakirəsini istəyirsə, növbədənkənar sessiyanı özü tələb etməlidir. Konstitusiya ona bu səlahiyyəti verir (88-ci maddənin 2-ci hissəsi).
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"