Yol polisi bundan sonra dayanma-durma və parklanma qaydalarına görə cərimə yazacaq - Ekspertdən fərmana izahat
11-07-2020 [13:01]
Nəqliyyat məsələləri üzrə ekspert Ərşad Hüseynov Daxili İşlər Nazirliyinin səlahiyyətlərinin artırılması ilə bağlı Prezidentin imzaladığı Fərmanı şərh edib.
Mia.az-ın məlumatına görə, Ə.Hüseynov “Qafqazinfo”ya bildirib ki, ötən gün imzalanmış Fərmanla Bakı şəhərinin ərazisində parklanmaların təşkili, idarə edilməsi səlahiyyəti yenə də istisnasız olaraq Bakı Nəqliyyat Agentliyinə məxsusdur:
“Bakı şəhərinin bütün inzibati ərazisində məsələn, Pirallahı qəsəbəsindən tutmuş Ələtə qədər olan sahədə parklanmaların təşkili Bakı Nəqliyyat Agentliyinin səlahiyyətindədir. Dayanma-durma qaydalarının və parklanma qaydalarının pozulmasına nəzarət və qaydaları pozmuş sürücülərin inzibati məsuliyyətə cəlb edilməsi səlahiyyəti 2018-ci ilin iyul ayında Prezidentin Fərmanıyla Bakı şəhərinin inzibati ərazisində Bakı Nəqliyyat Agentliyinə verilmişdi. Dünən imzalanmış Fərmanla Dövlət Yol Polisinə də bu qaydalara nəzarət səlahiyyəti verildi. Qeyd edim ki, İnzibati Xətalar Məcəlləsinin 346-cı maddəsi iki hissədən ibarətdir.
Yəni, 346.1 (dayanma və ya durma qaydalarını pozmağa görə) 346.2 (ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə) qaydalarının pozulmasına Daxili İşlər Nazirliyi də nəzarət edə biləcək.
Fərmanda qeyd olunub ki, bu qurumlardan hansı tez xətanı aşkar etsə, o sürücünü məsuliyyətə cəlb edəcək. Məcəllənin 346-1-ci maddəsində isə beş bənd var. Orada 346-1.1 və 346-1.5 -ci maddələrə əsasən məsuliyyətə cəlb etmək səlahiyyəti yenə də müstəsna olaraq Bakı Nəqliyyat Agentliyinə aiddir. Dövlət Yol Polisi buna görə məsuliyyətə cəlb edə bilməz. Çünki bu maddələr elə də işlək maddələr deyil. Biri ödənişli park yerlərində ödəniş etmədən dayanmadır. Digər bənd isə 24 saatdan artıq parklanma yerində dayanmaqla bağlıdır. Bu hallar praktikada demək olar ki tətbiq olunmur. 346-1.2 ( Nəqliyyat vasitəsinin qanunla müəyyən edilmiş parklanma üsulunu pozmaqla parklanmasına görə);
346-1.3 ( Əlillərin nəqliyyat vasitələri üçün nəzərdə tutulmuş parklanma yerlərində digər nəqliyyat vasitələrinin parklanmasına görə) və 346-1.4 (Parklanma yerlərində icazə verilmiş maksimum kütləsi 3,5 tondan çox olan yük avtomobillərinin parklanmasına, habelə parklanma yerlərinin rezervasiya edilməsi və ya digər üsullarla nəqliyyat vasitələrinin sərbəst parklanmasına maneələr yaradılmasına görə) bəndlər üzrə səlahiyyətlər yenə də bölündü. Bu bəndlər üzrə həm Dövlət Yol Polisi, həm də Bakı Nəqliyyat Agentliyi sürücüləri inzibati məsuliyyətə cəlb edə bilər”.
Sual yaranır ki, eyni sürücünü eyni yerdə dayanma-durma qaydalarının pozulmasına görə qurumların ikisi də məsuliyyətə cəlb edə bilərmi?
Ekspert bildirib ki, qanun buna yol vermir: “Bir inzibati xətaya görə bir dəfə məsuliyyətə cəlbedilmə var. Fərmanda da qeyd olunub ki, həm Daxili İşlər Nazirliyi, həm Bakı Nəqliyyat Agentliyi elə bir sistem yaratmalıdır ki, eyni şəxsin eyni xətaya görə hər iki qurum tərəfindən məsuliyyətə cəlb edilməsi baş verməsin. Yəqin ki, bu da mərkəzləşdirilmiş informasiya sistemi, onların bir-biriylə operativ əlaqəsiylə tənzimlənəcək.
Sürücülər bilsinlər ki, dayanma-durma qaydalarının pozulduğu hallarda evakuasiya üzrə səlahiyyətlər də bölünüb. Sürücü dayanma-durma qaydalarını pozub tıxac yaranmasına səbəb olarsa, digər hərəkət iştirakçılarının hərəkətinə ciddi şəkildə maneə yaradırsa, bu qurumlardan hansı bunları aşkar edəcəksə, evakuasiya da həmin orqan həyata keçirəcək.
AVRO 2024: hansı ulduz futbolçular kənarda qalıb?
Ramiz Mehdiyev cərimələnib? - "Bunlar başdan-ayağa uydurmadır"
Premyer Liqa: iki turun təqvimi açıqlanıb
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları