Vilayət Eyvazov daha bir məşhur generalı təqaüdə göndərdi - DİN-də yeni dəyişiklik

img

10-07-2020 [22:30]


Daxili İşlər Nazirliyinin daha bir generalı təqaüdə göndərilib.

Məlumata görə, DİN-in Daxili Təhqiqatlar İdarəsinin rəisi, polis general-mayor Sahib Mirzəyev vəzifəsindən azad olunub.

Bununla bağlı Daxili İşlər naziri Vilayət Eyvazov əmr imzalayıb. 

Əmrə əsasən, S.Mirzəyev xidmətdə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

DİN-in Mətbuat Xidmətindən “Report”a fakt təsdiqlənib.

img

Digər xəbərlər
SON XƏBƏRLƏR