Tikinti ilə bağlı mühüm qərar verildi - DETALLAR
10-07-2020 [16:10]
Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin tikintiyə və istismara icazə prosedurlarını asanlaşdıran “Bir pəncərə” elektron müraciət sisteminin yeni imkanları ilə bağlı növbəti maarifləndirici seminar onlayn təşkil edilib, sahibkarları şəhərsalma proseslərinə dair maraqlandıran sual və təkliflər ətraflı müzakirə olunub.
Mia.az Komitəyə istinadən xəbər verir ki, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin və Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) vebinar formatında birgə təşkil etdiyi bu görüşə tikinti sektorunda fəaliyyət göstərən şirkət nümayəndələri və fərdi sahibkarlar qatılıb.
Təşkilatçılarla yanaşı digər aidiyyəti dövlət qurumlarının da təmsil olunduğu vebinarda inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin verilməsi ilə bağlı həyata keçirilən ardıcıl islahatların yaratdığı imkanlar ətrafında geniş fikir mübadiləsi aparıldı, iştirakçılara “Bir pəncərə” elektron sisteminin artıq yenilənmiş funksionallığı və yaxın gələcəkdə daha çox xidmətləri əhatə etmək məqsədilə planlaşdırılan təkmilləşdirilməsi barədə ətraflı məlumat verilib.
Azərbaycan Respublikası Prezidentinin 28 dekabr 2018-ci il tarixli müvafiq Fərmanının icrasını təmin etmək məqsədilə Komitənin yaradılaraq istifadəyə verdiyi “Bir pəncərə” elektron müraciət sistemi şəffaflığı və istifadədə rahatlığı sayəsində inşaat obyektlərinin tikintisinə və istismarına icazələrin alınması prosedurunu əhəmiyyətli dərəcədə asanlaşdırıb, məmur-sahibkar ünsiyyətini minimuma endirərək iş adamlarının əlavə vaxt itkisinin qarşısını alıb. Ötən ilin əvvəlində istifadəyə verilmiş “Bir pəncərə” portalında son dövrdə aparılmış təkmilləşdirilmə işləri nəticəsində istifadəçilər Şəhərsalma və Tikinti Məcəlləsinin 89-cu maddəsində nəzərdə tutulan ekspertizasının keçirilməsi tələb olunmayan müxtəlif parametrli tikinti obyektləri və anbar binalarının tikintisinə və istismarına icazələrlə yanaşı, həmçinin ekspertizası tələb olunan tikinti obyektlərinin istismarına da elektron icazə ala bilərlər. Ekspertizası tələb olunmayan tikinti obyektləri üçün hər iki icazə ödənişsizdir.
Vebinar çərçivəsində “Bir pəncərə” sisteminin hər bir funkional bölməsi əyani nümayiş olunub, istifadəçinin elektron kabineti vasitəsilə test müraciətin bütün mərhələləri, o cümlədən tikinti layihəsinin elektron qaydada portala yüklənməsindən başlayaraq aidiyyəti dövlət qurumlarının rəylərinin elektron qaydada toplanması və nəticədə elektron icazənin alınmasınadək bütün proses təqdim olunub.
Hazırda Komitə tərəfindən sistemin daha da təkmilləşdirilməsi məqsədilə yeni xidmət növlərinin əlavə olunması istiqamətində işlər davam etdirilir ki, ilin sonunadək “Bir pəncərə” portalı vasitəsi ilə bütün növ obyektlərin tikintisinə icazələrin alınması da mümkün olacaq.
Vebinarda tikintiyə və istismara icazələrin alınması sahəsində sahibkarların səsləndirdiyi təkliflər qeydə alındı və sistemin optimizasiyası imkanları müzakirə olunub.
Küveyt MN: “Son 24 saat ərzində İranın 3 kruiz raketi və…”
İrandan İsrailə növbəti hücumu olub
Paşinyan Putinlə görüşdə: "İrəvan Qarabağı Azərbaycanın tərkibində tanıyıb, üstəlik..."
Putinlə Paşinyan görüşdü - VİDEO
Eldar Əzizov Ramana qəsəbəsində - FOTO
Özbəkistanın Baş naziri Azərbaycana gəlib
Xalq artisti Zaur Rzayevin səhhəti barədə - AÇIQLAMA
"Mənim ömürlük sədr olmaq fikrim yoxdur" - Anar Rzayev
Sabahkı hava ilə bağlı - Xəbərdarlıq
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Tramp: “İran atəşkəs istəyir, lakin…”
“Kontakt Home” mağazalar şəbəkəsindən şikayətlər artıb - Açıqlama
İcra başçısı 32 nəfəri vəzifədən azad edib
Əli Əsədov Şimali Kiprin Baş naziri ilə görüşüb
Masazırda çökən yolla bağlı rəsmi açıqlama yayıldı
FIFA referisi UEFA-dan təyinat alıb
Masallıda fərdi yaşayış evində yanğın - Ölənlər var (Yenilənib)
Arda Gülər: “Çox xoşbəxtik"
Ağdərədə mina partlayıb, yaralı var - Üç qurum birgə məlumat yaydı
AFFA 3 klubu yarışlardan kənarlaşdırıb - SƏBƏB
Masazırda yeni çəkilən yol çöküb - FOTOLAR
İstanbulda zəlzələ olub
Rusiya kəşfiyyatı: “Ukrayna sülh təkliflərini qəbul etməlidir”
İran Parlamenti: “ABŞ-la danışıqlar aparılmayacaq və…”
Tramp ABŞ-ı NATO-dan çıxarır – "Bunu Putin də bilir”
Vilayət Eyvazov 356 vətəndaşı qəbul etdi, rəislərə tapşırıqlar verdi - Nazir polis olmaq istəyənlərin sıra baxışını da keçirib (VİDEO)
Qərb Sənaye Parkının yaradılacaq - Prezident sərəncam imzaladı
AFFA Vaqif Cavadovu yeni vəzifəyə təyin edib
Sabah hava necə olacaq? - Proqnoz
Kəmaləddin Heydərovun oğluna satılan zavodla bağlı qalmaqal böyüyür - Bir nəfər axtarışa verildi
İraqın Ərbil şəhərinə dron hücumu olub – Evlərdən biri vurulub
Türkiyədə çörəyin qiyməti qalxdı - Açıqlama
İSTİNTAQ İDARƏLƏRİ BİRLƏŞDİRİLİR - Nələr olacaq?
İnstitut direktoru vəzifədən azad olunub
Sumqayıtda 46 yaşlı qadın bıçaqlanıb
Apreldə hava necə olacaq? - AYLIQ PROQNOZ
Magistraturaya qəbul imtahanı: ərizə qəbulu başlayıb
Nökerquli Ataquliyev Bakıda belə qarşılandı - FOTOLAR
BORCLARLA BAĞLI ARTAN MÜBAHİSƏLƏR... - Ali Məhkəmə izahat xarakterli açıqlama yaydı
TRAMPDAN YENİ ANONS: “2-3 həftəyə İrandan çəkiləcəyik” - "Onlar öz başlarına çarə qılsınlar, bizlik deyil"
Aparcı mətbuat katibi təyin edildi
Elmi işçilərin maaşı artırıldı - 50 FAİZ