Bolqarıstan Prezidentinin katibi və müşaviri həbs olunublar

img

09-07-2020 [17:00]


Bolqarıstan Prezidentinin Antikorrupsiya və hüquq məsələləri üzrə katibi Plamen Uzunov həbs olunub.

Bu barədə “Канал 3” məlumat yayıb.

Bildirilib ki, məzuniyyətdə olan P. Uzunov yaxın vaxtlarda paytaxt Sofiya şəhərinə gətiriləcək.

Bu gün Bolqarıstan Prezident Administrasiyasının otaqlarında, o cümlədən də P. Uzunovun otağında axtarış aparılması barədə məlumat yayılıb.

 Bolqarıstan Milli Təhlükəsizlik Dövlət Agentliyinin yaydığı məlumatda isə bildirilib ki, Prezidentin katibi məxfi informasiyaya girişdən məhrum edilib.

 Ölkənin Baş prokuroru İvan Qeşev bildirib ki, P. Uzunov vəzifədən sui-istifadə etməkdə təqsirli bilinir.

 Ölkənin Hərbi prokurorluğu Prezidentin Müdafiə və təhlükəsizlik məsələləri üzrə müşaviri, Dövlət Kəşfiyyat İdarəsinin sabiq əməkdaşı İlya Miluşevin həbs olunması barədə məlumat yayıb. O, əvvəlcə şahid qismində dindirilib. Ondan götürülən telefonun kompüter-texniki ekspertizası keçirildikdən sonra aparatda dövlət agentliyinə aid məlumatların olması təyin edilib/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR