Bakıda “Araz supermarket"in marketlərində karantin qaydaları pozulub - SİYAHI
09-07-2020 [15:29]
Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədi ilə Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə və qida məhsullarının ticarəti ilə məşğul olan sahibkarlıq subyektlərində reydlər davam etdirilir.
AQTA-dan Mia.az-a verilən məlumata görə, agentlik əməkdaşları tərəfindən iyulun 8-i tarixində Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən 47 ictimai iaşə obyekti, 111 ərzaq satışı mağazası olmaqla ümumilikdə 158 müəssisədə reyd keçirilib.
Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.
Reyd keçirilən obyektlərdən 84-də Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb.
Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Sözügedən müəssisələr arasında daha çox uyğunsuzluqlar aşkar edilən ictimai iaşə və ərzaq mağazaları aşağıdakılardır.
◾Bakı şəhəri üzrə:
“Adore”, “M5”, “Araz supermarket” (M.Hadi küçəsi), “Araz supermarket” (Gəncə prospekti 135), “Araz supermarket” (Gəncə prospekti 26), “Araz supermarket” (R.Əlicanov küçəsi 17), “Araz supermarket” (S.Cəfərov küçəsi), “Araz supermarket” (General Şıxlinski 29/42A), “Azcake”, “Üç qoca”, “Ecomart” marketlər, Əhmədov Nicat Kərim oğluna, Yusifli Ramin Yusif oğluna, Abdurəhimov Elşad Yamin oğluna məxsus ərzaq mağazaları
Digər şəhər və rayonlar üzrə:
◾ Abşeron rayonu, Mehdiabad qəsəbəsində “Araz supermarket”, Mikayılova Gülgəz Fərhad qızına məxsus təndirxana
◾ Sumqayıt şəhərində Əliyev Novruz Valeh oğluna və Bayramova Süsən İslam qızına məxsus ərzaq mağazaları
◾ Quba rayonunda Həmzəliyev Elçin Mehrəli oğluna, Səlimov Abdul Cəfər oğluna, Həsənov Elşad Ağarza oğluna və Aslanov Qurban Şirin oğluna məxsus ərzaq mağazaları
◾ Xaçmaz rayonunda Əhmədov Sevdiyar Şahmal oğluna məxsus market, Qasımov Valeh Fizuli oğluna məxsus ərzaq mağazası (fəaliyyəti məhdudlaşdırılıb)
◾ İsmayıllı rayonunda “Ucuz”, “Oba” market, Cavadov Çingiz Cumu oğluna, Cavadov Ruhin Ələsgər oğluna, Adıgözəlov Səməd Aydın oğluna, Xəlilov Eltay Alverdi oğluna, Kərimov Fariz Bəybala oğluna məxsus ərzaq mağazaları, “Dostluq”, “Mican”, “Bənövşə” kafesi, Mustafayev Adəm Bahadur oğluna məxsus kafe, “Xəyal” restoranı
◾ Şamaxı rayonunda “Anar”, “Şamaxı”, “Savalan”, “Sərin sahil”, “Bənövşə” restoranları, “Novruz”, “Cənnət məkan” yeməkxanası, “Göylər” kafesi
◾ Neftçala rayonunda, Əmirova Aynurə Saleh qızına, Məhərrəmli Ağababa Sakit oğluna, Mirələkbərli Əzizə Süleyman qızına, Həsənli Namiq Zülfalı oğluna məxsus ərzaq mağazaları
◾ Şirvan şəhərində Sadıqov Ayət Məhərrəm oğluna məxsus ərzaq mağazası
◾ Tərtər rayonunda “Eltun”, “Sizin”, Nəzərov Nəzər Pənah oğluna, Ağayev Qəzənfər Müzəffər oğluna məxsus marketlər, Zeynalov Surxay Bəylər oğluna, İbrahimova Sayalı Bəkir qızına, Nəbiyeva Vəfa Əsəd qızına məxsus kafelər, “Ana və uşaq”, “Xanbağı” kafeləri
◾ Masallı rayonunda Bağırov İlqar Qulam oğluna məxsus market
◾ Cəlilabad rayonunda İsayev Fizuli Xanbaba oğluna məxsus market
◾ Balakən rayonunda Atayeva Cavharat Ramazan oğluna məxsus “Nar” market, Pucaxov Vüsal Rasim oğluna məxsus ərzaq mağazası
◾ Oğuz rayonunda Lətifov Sərdar Zahir oğluna məxsus kafe
◾ Qəbələ rayonunda Yusifov Mahir Əlövsət oğluna və Ömərov Məzahir Şakir oğluna məxsus kafelər
◾ Zaqatala rayonunda Şirinova Kəmalə Adil qızına və Nəzirli Azad İsmət oğluna məxsus ərzaq mağazaları
◾ Gəncə şəhərində “Daş körpü”, “Əli”, “Ren”, “Şöhrət”, “Rəssiya” marketlər və Tağıyev Məzahir Bayram oğluna məxsus ərzaq mağazası
◾ Tovuz rayonunda “Zirvə” və “Murad” restoranları
◾ Beyləqan rayonunda “Sevinc”, “Ucuz”, “Qold”, “Emin”, “Davud”, “Əla” marketlər
◾ Ucar rayonunda Həsənov Qurbanəli Cəfər oğluna məxsus kafe, “Uğur” və “Yay” kafeləri
Qeyd edək ki, AQTA Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektləri və ərzaq mağazalarında yoxlama-nəzarət tədbirlərini bundan sonra da davam etdirəcək və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcəkdir.
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə